Peyğəmbərimiz namazda əllərini bağlayaraq sinəsinin üzərinə qoyub?
Aleykum salam. Bəli, Muhəmməd (sallallahu aleyhi va səlləm) namaz qılarkən sağ əl, sol əlin üstündə olmaqla, əllərini sinəsinin üzərində tutub.
Aleykum salam. Bəli, Muhəmməd (sallallahu aleyhi va səlləm) namaz qılarkən sağ əl, sol əlin üstündə olmaqla, əllərini sinəsinin üzərində tutub.
Aleykum salam. Hər bir namazın əvvəl, orta və son vaxtı mövcuddur. Yalnız məğrib namazı istisnadır. Bu namazın bir vaxtı var.
Aleykum salam. İnşallah tezliklə dediyiniz məsələ öz müsbət həllini tapacaq. Bu məsələ ilə bağlı bəzi tamamlanmayan işlərimiz qalıb. Çalışırıq ki, onları tez bir zamanda həll edib namazın qılınma qaydaları ilə bağlı video çarxı saytımıza yerləşdirək. Bizi izləməkdə davam edin!
Aleykum salam. Cavabı buradan oxuyun: "Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?"
Aleykum salam. Bu, yay vaxtına keçidlə bağlı saat əqrəblərinin bir saat irəli çəkilməsi ilə bağlıdır. Belə olduqda bütün namazların vaxtı bir saat irəliyə çəkilir. Çünki namazların vaxtları günəşin hərəkətindən asılıdır.
Aleykum salam. Ayə və hədisərə görə namaz gündə beş vaxt qılınmalıdır. Daha ətraflı: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Aleykum salam. Sübh namazı iki rükət sünnət və iki rükət fərzdən ibarətdir. Fərz səsli qılınır. Sünnət isə fərzdən qabaq qılınır. Ümumi qılınma qaydası isə iki rükətli namazların qılınması kimidir.
Aleykum salam. Bu cavabı oxuyun: Qibləni necə tapmaq olar?
Aleykum salam. Namazları vaxtında qılmağınıza görə ciddi bir qəbahət yoxdur. Amma siz səfərdə olduğunuz müddətdə namazların rükətlərini qısaltmalı idiniz. Məsələn, dörd rükətli namazlar iki rükət qılınır, üç və iki rükətli olan namazlar isə olduğu kimi qalır. Bu tək qıldığınız halda belədir.
Aleykuma salam. Yeni öyrənən üçün belə səhvlər etmək inşallah günah deyildir. Dəstəmazı və namazı tam öyrənənə qədər bilmədən nə səhv etsəniz, sizə günah yazılmır. Namazın sözlərini tam öyrənib qurtarana qədər kağızdan oxuya bilərsiniz, bunda heç bir problem yoxdur.