namaz

Namazı naməhrəmdən öyrənə bilərəmmi?

    12.04.2014
Sual: 
Salam aleykum. Namaza teze bashlamisham. Meni örgetmek uchun oglanla qila bileremmi? Yeni o qabagda imam kimi meni gormemek sherti ile qila bilerikmi? Ve sesimi eshidirse namazim batil olurmu? Xahiş edirem etrafi cavablandirasiz.
Cavab: 

Aleykum salam. Yaxşı olar ki, qadına namazı qadın öyrətsin. Qadının naməhrəmlə birlikdə namaz qılması düzgün deyildir. 

Mən hər namazdan sonra zikr edirəm

    11.04.2014
Sual: 
Salam aleykum. Men her namazda, yeni ister vacib, isterse de qeza namazlarinda zikr edirem. Yeni tesbeh chekirem. Bunu her zaman etmeliyem?
Cavab: 

Aleykum salam. Hər namazdan sonra zikr etməyiniz yaxşıdır, amma təsbeh çəkməyə ehtiyac yoxdur. Çünki Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) zikrləri təsbehlə deyil, barmaqları ilə sayardı.

Çoxlu bəddua etmək haqqında və digər suallar

    11.04.2014
Sual: 
Salam aleykum. Sizden xahiş edirem sualimi cavablandirasiz. 1) Men son zamanlar chox beddua ve qarğışlar edirem. İnan ki, evveller bele deyildim. Heyatimdaki bezi insanlar meni bu hedde chatdirir. Özüm namaza yeni bashlamisham. Kimse qelbime toxunanda ve ya meni incidende esebilerimi cilovlaya bilmirem. Namazdan sonra da Allahin o insani cezalandirmasini isteyirem. Bezen peshman oluram. Buna gore bezen ise yox bed dua etmirem. Chunki bezi insanlar davranishlariyla bu bedduani haqq edir. Sizce men gunaha batiram? 2) Ölünü söyen shexs gunaha batirmi?
Cavab: 

Aleykum salam.

Yaşadığın yerdən neçə km məsafə yol getdikdən sonra səfər sayılır?

    09.04.2014
Sual: 
Salam aleykum. Sefer zamanı bildiyimiz kimi namazı qısaltmalıyıq. Bəs bu səfər deyiləndə nə qədər məsafə nəzərdə tutulur? Məsələn mən 2 saatlıq olan bir yerə qonaq gedirəmsə, bu səfər sayılırmı?
Cavab: 

Aleykum salam. Səfər saat və ya məsafə ilə ölçülmür. Camaat arasında səfər kimi qəbul olunan məsafə getdikdə, səfərə getmiş sayılırsınız. Məsələn, Bakıdan Sumqayıta getdikdə, səfərdə olduğumuzu demirik. Amma Bakıdan Qubaya gedəndə, camaat bunu səfər hesab edir.

Hər gün eyni günahları davamlı şəkildə edirəm. Bunun qarşısını necə alım?

    09.04.2014
Sual: 
Salam aleykum. Demek olar ki, her gün choxlu günahlar edirem. Eyni günahları dünende etmishem, bu gunde etmishem her gün ve növbeti gelen günlerde de eyni günahları edirem. Bunun qarshini almaq üçün edə bilerem? İmkan varsa, bir az ətraflı yazardız.
Cavab: 

Aleykum salam. Günahdan yalnız Allaha itaət etməklə çəkinmək olar. Bu itaətin ən başlıcası isə namazdır. Həmçinin, Allaha çoxlu dua edin ki, Allah sizi günahlardan təmizləsin. Allahı çoxlu zikr edin, günaha aparan əməllərdən və insanlardan uzaq durun.

Neçə dəfə və hansı əl ilə salavat çəkilməlidir?

    09.04.2014
Sual: 
Salam aleykum. Zəhmət olmasa deyə bilərisinzimi neçə dəfə və hansı əl ilə salavat çəkmək lazımdır? Sağ yoxsa, sol əl ilə?..
Cavab: 

Aleykum salam. Uca Allah möminlərə Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat və salam gətirməyi buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər!

Valideyn üçün bağışlanma duası varmı?

    07.04.2014
Sual: 
Salam aleykum. Valideyinler üçün bagishlanma duasi varmi? Varsa, zehmet olmasa bura yazinda! Ele bir dua olsun ki, men her namazda o duani oxuyum. Valideyinlerimin gunahlarini Allah Teala bagishlasin! Allah komeyiniz olsun! Sag olun!
Cavab: 

Aleykum salam. Qurani Kərimdə Nuh peyğəmbərin öz valideynləri üçün etdiyi duası vardır. Bu duanı hər namazda edə bilərsiniz.

Pages