oruc

Qeybət və kiminsə görünüşünə lağ etmək orucu pozurmu?

    26.08.2014
Sual: 
Qiybət və kiminsə görünüşünə lağ etmək orucu pozurmu?
Cavab: 

Salam aleykum. Ümumən qeybət etmək və ya kiminsə görünüşünü ələ salmaq böyük günahlardandır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar).

Qüsl yuxudan oyanarkən dərhal alınmalı, yoxsa orucu açdıqdan sonra alına bilər?

    24.08.2014
Sual: 
Salam. Yuxudan durub polyusiya halında olduğunu, islandığını görən adam dərhal qüsl almalıdır yoxsa saxlayıb orucunu açandan sonra qüsl edə bilər? Yəni namaz qılmayan adam.
Cavab: 

Aleykum salam. Qüsl və dəstəmaz almaq namazın vacib əməllərindən sayılır və bunların orucla heç bir əlaqəsi yoxdur. Ona görə də qüsl almadan oruca başlamaq, namazın vaxtı girdikdə isə qüsl almaq olar. 

Anamla dalaşdıqdan sonra hallallaşmadan qüsl alıb oruc tutdum. Bu hal oruca və qüsula xələl gətirirmi?

    24.08.2014
Sual: 
Salam. Axşam anamla sözümüz çəp gəldi və dalaşdıq. Mən anamdan halallıq almadan girdim hamamda çimdim və qüsl alıb oruc tutdum. Görəsən halallıq almadığım üçün qüslum batildir və bunun həmçinin orucuma da bir xərəri var? Və onu da deyim ki, artıq günortadır orucam və hələ də anamla küsülüyük.
Cavab: 

Aleykum salam. Valideynlə dalaşdığınıza və ya mübahisə etdiyinizə görə orucunuz və qüslunuz pozulmur. Valideyndən hallallıq almağa gəlincə valideynə pislik etdikdən sonra onların könlünü almaq və onları sevindirmək hallallıq almaq hesab olunur. Daha ətraflı:

Qusmaq orucu pozurmu?

    21.08.2014
Sual: 
Salam aleykum. Qusmaq orucu batil edirmi?
Cavab: 

Aleykum salam. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun: buyurmuşdur: "Kim ixtiyarı olmadan qusarsa orucunu qəza etmir. Kim ki, özünü qusdurarsa, o orucunu qəza etməlidir (əvəzinə bir gün oruc tutmalıdır)". (ət-Tirmizi, 716; Əbu Davud, 2363).

Peyğəmbərimiz dişlərini misvakla təmizləyərdimi və bu orucu pozurmu?

    21.08.2014
Sual: 
Salam. Peyğəmbərimiz dişlərini misvakla yuyurdu? Hardansa beləbir məlumat oxumuşdum, amma dəqiq bilmədiyim halda oruclu ikən bunu dilimə gətirdim. Görəsən orucum batildir?
Cavab: 

Və aleykum Salam. Dişləri fırçalamaq və ya misvakdan istifadə etmək təmizlik əlamətidir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) misvakdan istifadə edib və bunu ümmətinə də tövsiyə edib.

Şənbə və bazar günləri oruc tutmaq olarmı?

    15.08.2014
Sual: 
Salam Aleykum. Mən bir videoda qulaq asmışdım ki, şənbə və bazar günləri oruc tutmaq olmaz. Bu doğrudurmu?
Cavab: 

Aleykum salam. Cümə günü ayrıca tutmaq bəyənilmir. Amma cümə axşamı ilə cümə gününü birləşdirərək oruc tutmaq olar. Həmçinin, tutmaq üçün müəyyən səbəb olduqda şənbə günündən başqa istənilən gündə oruc tutmaq olar. Şənbə günü isə yalnız Ramazan ayından qalan qəza oruclarını tutmaq oalar.

Oruclu halda şəhvətlənənin orucu pozulurmu?

    14.08.2014
Sual: 
Salam Aleykum. Mən oruclu halda nə qədər bu şəhvətə qapanma halından qaçsam və "əuzi billəhi minəş şeytanir racim" desəm də qısa müddətli şəhvətə qapanmalar halı yaşadım və paltarım biraz islandı. Bunun qəzasını yenidən tutmalıyam? Və kəffarəsi var?
Cavab: 

Aleykum salam. Şəhvət nəticəsində cinsiyyət üzvündən özündən asılı olmayaraq çıxan sperma və ya məzi (şəffaf maye) orucu pozmur. Əgər sperma qəsdən çıxarılarsa, oruc pozulur.

"Hicab hamıdan çox mənə vacibdir" ifadəsi orucu batil edirmi?

    13.08.2014
Sual: 
Salam. Mən bu gün bir cümlə işlətdim. Anama dedim ki, hicab hamıdan çox mənə vacibdir. Amma sonra tövbə əstağfurullah dedim. Amma yenə də ürəyimin narahatlığı keçmədi. Görəsən bu cümləm Allaha ağır getdi və orucum batil oldu?
Cavab: 

Aleykum salam. Bu ifadəni söyləməyiniz orucu pozmur və Allaha da ağır getmir. Daha ətraflı: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?

Pages