oruc

Ramazanda doğulan uşaqlara mütləq dini ad qoyulmalıdırmı?

    03.08.2014
Sual: 
Salam. Üzr istəyirəm, mənim ramazan bayramı günü oğlan övladım olub. Bəzi insanlar iddia edirlər ki, adını dini mövzuda qoymalısan. Bu, nə dərəcədə doğrudur?
Cavab: 

Aleykum salam. Doğulan uşaqlara yaxşı ad qoymaq övladın valideyn üzərində olan haqqıdır. Sözsüz ki, ən yaxşı adlar Uca Allahın adları və Onun peyğəmbərlərinin, həmçinin səhabələrin və keçmiş əməlisalehlərin adlarıdır.

Qəza orucunu nə vaxt tutmaq lazımdır?

    31.07.2014
Sual: 
Salam. Allahin salami ve bereketi her birimizin uzerine olsun. Menim sizden bu sualima cavab vermeyinizi isterdim. Menim 1 gunluk qeza orucum var. Bilmek isterdimki bu orucu 29.07.2014cu ilde yeni bayram gununde tuta bileremmi? Yoxsa bayramdan sora tutmaliyam? Tez cavablandirsaniz memnun olaram. Tesekkur edirem.
Cavab: 

Aleykum slam. Bayram günü oruc tutmaq olmaz. Daha ətraflı: Bayram günü oruc tutmaq olarmı?
Qəza orucları növbəti ilin Ramazan ayına qədər istənilən vaxtda tutula bilə bilər. 

Səfərdə olarkən oruc tutmadığım günlərin qəzasını neçə gün tutmalıyam?

    31.07.2014
Sual: 
Oruc tutan wexs rayona dincelmek meqsedile getdiyi ucun 1-2 gun oruc tutmasa gunah sayilarmi?Bes onun da keffaresi 60 gun sayilir?Yoxsa 1-2 gunun qezasini ele 1-2 gun tutmaq kifayet eder???
Cavab: 

Salam aleykum. Səfərə çıxan şəxs oruc tutmaya bilər. Sadəcə, Ramazandan sonra tutmadığı günlərin sayı qədər qəzaları tutacaq. Altımış gün ardıcıl şəkildə qəza oruc tutmaq isə cinsi əlaqə vasitəsi ilə pozulan oruca aiddir.

Heyz olan qadın orucun qəzasını tutmalıdırmı?

    31.07.2014
Sual: 
Salamu aleykuma,men qizam yani oruc tutdum ama tebiki butun ay mumkun olmur.Soruwmaq istiyirdim tutmadigim gunleri qeza tutmaliyam yoxsa bu Allahin bize verdiyi bi bexwiwdi belede qalmalidi??
Cavab: 

Aleykum salam. Oruc tutmadığınız günlərin qəzasını Ramazandan sonra tutmaq lazımdır. Heyz vaxtına düşən namazların isə qəzası qılınmır. Daha ətraflı:

Oruc, bayram namazı, qədr gecəsi və hicabla bağlı sual

    31.07.2014
Sual: 
Salam aleykum.Sizi qabaqdan gelen Fitr bayrami,muselmanar mubarek bayrami munasibetile tebrik edirem.Allah tutduqunuz oruclari qebul etsin.Sualim odur ki, fitr bayrami eger iyulun 29-u dursa saat 10.00'a qeder oruclu olub,sonra bayram namazini qilmaq lazimdir?Bes bayram namazi nece qilinir?Men bir gece qedr gecesinin quslunu aldim,lakin seherecan qala biledim.Imtahandan gelen gun idi.Isteyirdim 2 saat yatim sonra durum,amma o qeder yorqun olmusham ki,dura bilmedim.Bu gunahdirmi?
Cavab: 

Bilmədən sahur yeməyini vaxtından gec qurtarmaq orucu batil edirmi?

    31.07.2014
Sual: 
Salam. Ramazan ayiniz mubarek olsun. Sual. Men bu gun seher imsaka durub yemek yedim sonra saata baxanda gordum ki, saat 5-32-dir, lakin azan vaxti 5-07 idi. deme men saati (budilniki) sehv qurub durmusam, bele olan halda men hemin gunun orucunu tuta bileremmi? Onceden Size oz tesekkurumu bildirirem. Allah sizden razi olsun.
Cavab: 

Aleykum salam. Əgər bu əməliniz bilmədən olubsa, orucunuzu davam edin.

Cinsi əlaqədə olmadan qeyri ixtiyari məni xaric olarsa, oruc pozulurmu?

    30.07.2014
Sual: 
salam oruclu halda cinsi elaqede olmadan qeyri ixtiyari sperma xaric olarsa oruc pozularmi
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz hal orucu yox, qüslu pozur. Əgər məninin (sperma) ifrazı qəsdən olsa idi, bu zaman oruc da pozulardı.
Daha ətraflı: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?

Pages