qadınlar
Qadın dəfələrlə qaynı ilə zina edir və tövbə edir, Allah onu bağışlayarmı?
Salam aleykum. Günahın necə böyük olmasından asılı olmayaraq Uca Allah səmimi qəlbdən edilən tövbələri bağışlayır.
Qızın atası razı deyilsə, sevdiyi oğlana qoşulub qaça bilərmi?
Aleykum salam. Xeyr, atanın razılığı olmadan qoşulub qaçmaq böyük günahdır, bu cür nigah batildir və zina etmiş sayılırlar. Daha ətraflı: Qoşulub qaçmaq barədə
Namaz qılan qadın lakdan istifadə edə bilərmi?
Aleykum salam. Bu cavabı oxuyun: Namaz qılan qadına dırnaqlara lak vurmaq olarmı?
Yoldaşım əxlaqsız videolara baxdığı üçün evdən getmək istəyirəm
Aleykum salam. Şübhəsiz ki, ərinizin etdiyi əməl günahdır və bu göz zinasından sayılır. Belə vəziyyətdə ailənizi qorumaq və ərinizin bu əməldən çəkinməsi üçün ilk növbədə Uca Allaha çoxlu dua etməli, namazlarda, həmçinin gecə namazlarında duaları çoxaltmalısınız.
Ərim rus qadına vurulub və məni boşamaq istəyir, nə edim?
Aleykum salam. Namazlarda dua edin, həmçinin gecənin son üçdə birində namaz qılaraq dua edin, duaların qəbul olunması üçün səy göstərin. Həmçinin oxuyun:
Duaların qəbul olması üçün nə etməliyik?
Qadın həkim həddi buluğa çatmış oğlanları müayinə edə bilərmi?
Aleykum salam. Həddi-buluğa çatmış oğlan qadına naməhrəm sayıldığı üçün zərurət hallar istisna olmaqla qadının ona toxunması, təklikdə qalması və s. qadağandır.
Qadın heyvan kəsə bilərmi?
Aleykum salam. Allah sizdən də razı olsun! Bəli, qadınlar heyvan kəsə bilərlər və heyvan kəsərkən dəstəmaz yaxud qüsl almağa ehtiyac yoxdur. Daha ətraflı:
Qadınlar heyvan kəsə bilərlərmi?
Namazda fikri nəyə yönləndirmək lazımdır və digər suallar...
Aleykum salam.
1. Bu cavabı oxuyun: Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Pis niyyət olmadan qadınlara baxmaq haramdır?
Aleykum salam. Bəli, zərurət olmadıqda naməhrəm qadınlara baxmaq haramdır. Daha ətraflı: Naməhrəmə baxmaq günahdırmı?