qadınlar

Heyz halında namaz qılmaq olarmı?

    18.02.2014
Sual: 
Salam aleykum. Bəzi insanlar heyz halında da namaz qılır. Hansı ayə ilə sübut edək ki, bu belə deyil. Bir az zəhmət olmasa ətraflı yazardız.
Cavab: 
Aleykum salam. Heyz və nifas halında qadına namaz qılmaq və ya oruc tutmaq olmaz. Uca Allah buyurur: "Səndən qadınların heyzini (aybaşı halını) soruşurlar. De ki, o, bir əziyyətdir. Onları heyzli ikən rahat buraxın; təmizlənənə qədər onlara yaxınlaşmayın.

Hamilə qadın xəstələnəcəyindən qorxursa, təyəmmüm ala bilərmi?

    16.02.2014
Sual: 
Salam aleykum. Hamilə qadın namaza dəstəmaz almağa cətinlik çəkirsə, xəstələnəcəyindən qorxursa müvəqqəti təyəmmüm ala bilərmi?
Cavab: 

Aleykum salam. Bəli, insan xəstələnəcəyindən ehtiyat edib, müvəqqəti olaraq, xəstəlik təhlükəsi aradan qalxana qədər təyəmmüm ala bilər.

Üzümə vurduğum dərmanın tərkibindən şübhələnirəm, namazım batil olur?

    16.02.2014
Sual: 
Salam aleykum. Məni bir şey çox narahat edir. Üzümdəki sizanaqlara görə problem var. Və kosmetoloqun verdiyi dərmanın murdar olduğundan şübhə edirem. özümdə namaz qılan insanam. Ona görədə yalnız axşam namazımı qıldıqdan sonra vurub yatıram. Mən bilmək istərdimki, belə olduqda mənim namazım batil olur?
Cavab: 

Aleykum salam. Bu halda namazınız batil olmur. Əgər həmin dərmanı dəstəmazdan sonra üzünüzə vurub namaz qılsaydınız, bu halda batil olma ehtimalı olardı.

Heyzli qız qüsul aldıqdan sonra ayət namazının qəzasını qılmalıdır?

    16.02.2014
Sual: 
Salam aleykum. Mən ayət namazını qıla bilməmişəm, indi onun qəzasını qılmalıyam? Xahiş edirəm mənə cavabı tez yazın Allah rızası üçün. Bunun vacib olub- olmadığını bilmək istəyirəm.
Cavab: 

Aleykum salam. Qadın heyzli olduğu vaxtlarda qılmadığı namazların qəzasını qılmalı deyil.

Pages