qadınlar

Cənnət əhli namaz qılacaqmı və oradakı qadınlar hicab bağlayacaqlarmı?

    15.03.2014
Sual: 
Salam aleykum. 1) Cennet ehli namaz qilacaqmi? 2) Cennetdeki qadinlar hicablarina riayet edeceklermi? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Cənnət əhli namaz qılmayacaq, oradakı qadınların hicabda olub-olmaması ilə bağlı isə şəriətdə dəqiq məlumat verilməyib. İbadətin bütün növləri bu dünyada Uca Allahın rəhməti sayəsində Onun rizasını və cənnəti qazanmaq üçün buyurulmuşdur.

Üç müxtəlif sual

    13.03.2014
Sual: 
Salam aleykum. Her vaxtiniz xeyirli olsun. 1. Secde ederken alinla birge sifetin hansi hissesi yere deymelididr? 2. Gecə namazlari qilinanda bashlangicda ne deyilmelidir? 3. Chox uzr isteyirem, eger cinsi yaxinligdan sonra men qusl aliram, yoldashim ise yox, bu zaman sadece mene deyerse, menim quslum pozulmuş olurmu? Evvelceden oz teshekkurlerimi bildirirem. Allah sizlerden razi olsun. Chox gozel ve deyerli saytdir.
Cavab: 

Aleykum salam.
1. Səcdə edərkən, alınla birgə burun da yerə qoyulmalıdır. Bu barədə Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) hədisləri vardır. Peyğəmbərimiz (salləhu aleyhi və səlləm) buyurur: "Mənə yeddi əzanın üzərinə səcdə etmək əmr olundu".

Qadınların heyz olduqları zaman hansı əməlləri etməsi icazəlidir?

    12.03.2014
Sual: 
Salam aleykum. Heyz vaxtinda namaz, oruc, Quran oxumaq, dini kagizlara el vurmaq haramdir. Bes qadinlar heyz olduqlari vaxt ne etsinler? Dua oxumaqdan bashqa ne etmek olar? Birde bir sualda verim, heyz olan zaman internetde dini saytlara girdikdede bu bize haramdir? Ister istemez sensorlu telefonlarda el vururuq dualar yazilan yerlere?
Cavab: 

Aleykum salam. Bəli, düz deyirsiniz. Heyz (aybaşı) vaxtında namaz, qılmaq, oruc tutmaq, Quran oxumaq olmaz. Amma dini kağızlara əl vurmaq olar. Dini kitablar və internetden faydalı məlumatlar oxumaq, zikrlər və dua edə bilər və s.

Qadın namaz üçün azan verə bilərmi?

    10.03.2014
Sual: 
Salam aleykum. Qadin namaz qilanda azan vere bilermi? Yeni yaninda mescid olmadigi uchun namaz qilanda azan vere bilermi?
Cavab: 

Aleykum salam. Qadın özü və yaxud bir dəstə qadın üçün iqamə verə bilər. Kişi və qadınlardan ibarət bir dəstə üçün isə, azan və iqaməni kişi verməlidir. Həmçinin qadın səsini yalnız yoldaşlarının eşidəcəyi qədər qaldırmalıdır. 

Nəyə görə qadınların əksəriyyəti təkliyə çəkilməyi sevir?

    08.03.2014
Sual: 
Salam aleykum. Niyə qadinlarin əksəriyyətiri təkliyi sevir?
Cavab: 

Aleykum salam. Bu tam olaraq belə deyildir. Bəzi qadınlar təklikdə qalmaqdan qorxurlar. Bunun dinlə heç bir əlaqəsi yoxdur. Bu, qadının təbiətindən asılıdır. Ümumiyyətlə həm kişinin, həm də qadının insanlardan uzaq duraraq çox vaxt təkliyə çəkilməsi yaxşı hal deyildir. 

Pages