təmizlənmə
Heyzli qadın məscidə gedə bilərmi?
Aleykum salam. Məsciddə yas mərasimləri vermək olmaz. Çünki məscidlər Allaha ibadət etmək üçün inşa edilir. Şəriətimizə görə heyzli (aybaşı olan) qadına məscidə getmək olmaz.
Üç suala cavab
Aleykum salam.
1) Bəli, həmin paltarlarınızı geyinə bilərsiniz.
2) Hər bir fərz namazı üçün azan verməyiniz yaxşıdır. Azan yalnız fərz namazları üçün verilir. Gecə namazı və digər sünnət namazları üçün nə azan, nə də iqamə verilməz.
Məsh çəkmək və namaz haqqında sual
Aleykum salam. Əgər əlləriniz quruyarsa, yenidən isladıb məsh çəkə bilərsiniz.
Uşağın nəcisini təmizləmək dəstəmazı pozurmu?
Və aleykum Salam. Şəriətə görə uşağın nəcisini təmizləmək və yumaq dəstəmazı pozmur. Nəcis dəyən hissəni və ya əlləri yumaq kifayətdir.
Qolum sındığı üçün dəstəmaz alıb səcdə edə bilmirəm. Mən nə etməliyəm?
Aleykum salam. Bacardığınız şəkildə dəstəmaz alıb səcdə edin. Əgər ümumiyyətlə heç bacarmırsınızsa, onda təyəmmüm edin və sınmayan qolunuz üzərinə səcdə edin.
Hər dəfə cinsi əlaqədən sonra mütləq qüsl almaq lazımdır, yoxsa təyəmmüm də etmək olar?
Aleykum salam. Əgər qüsl almağa heç bir maneə və çətinlik yoxdursa, bu zaman qüsl almaq vacibdir. Təyəmmümü yalnız xəstəlik təhlükəsi, su tapmadıqda və ya buna bənzər hallarda almaq olar.
Pişiyə əl vuranda dəstəmaz pozulurmu?
Aleykum salam. Pişiyə görə nə dəstəmaz, nə də namaz pozulmur.
Dəstəmazla bağlı sual
Aleykum salam. Dəstəmaz əsnasında həmin yerin üzərinə əlinizi isladıb yüngülcə sürtün. Əgər bu da mümkün deyilsə, bacardığınız şəkildə dəstəmaz alın. Allah Təala buyurur: "...Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...". (əl-Bəqərə, 286).
Həyat yoldaşımın qüsl almamasına görə günah daşıyıram?
Salam aleykum. Yoldaşınızın qüsl almamasına görə sizə heç bir günah yazılmır və ibadətinizə də heç bir mənfi təsir göstərmir.