təmizlənmə

Keçmiş illərin qəzalarını qılmaq və "vacibən qürbətən illəllah" demək haqda...

    18.03.2014
Sual: 
Salam aleykum. Zehmet olmasa ətraflı cavablandirardiz. 1) Men 1 aydir ki, namaz qilmaga bashlmisham. 30 yashim var. Üzerimde 17 ilin qezasi var. Yeni qilmadigim namazlar. Onlari nece qilmaliyam? Her gun qildigim namazlara elave olaraq qezalardan da qilmaga chalishiram. Amma bezen vaxt ve imkan olmur, hem de sanki yoruluram. İllerin qezasini qisaldib qilmaq rahat bir qayda varmi? Bir de bu qezalari qiliramsa, nafile namazlari qilmaya bilerem? Nafile namazlari qezalari evez ede biler? 2) Əl və ayaq dirnaqlarında lak boyası olduqda destemaz almaq duzgundurmu?
Cavab: 

Aleykum salam. Suallarınızın cavablarını buradan oxuya bilərsiz:
1. Neçə il qəza namazlarım var
Keçmiş illərin qəza namazları qılnmalıdır?

Üç müxtəlif sual

    13.03.2014
Sual: 
Salam aleykum. Her vaxtiniz xeyirli olsun. 1. Secde ederken alinla birge sifetin hansi hissesi yere deymelididr? 2. Gecə namazlari qilinanda bashlangicda ne deyilmelidir? 3. Chox uzr isteyirem, eger cinsi yaxinligdan sonra men qusl aliram, yoldashim ise yox, bu zaman sadece mene deyerse, menim quslum pozulmuş olurmu? Evvelceden oz teshekkurlerimi bildirirem. Allah sizlerden razi olsun. Chox gozel ve deyerli saytdir.
Cavab: 

Aleykum salam.
1. Səcdə edərkən, alınla birgə burun da yerə qoyulmalıdır. Bu barədə Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) hədisləri vardır. Peyğəmbərimiz (salləhu aleyhi və səlləm) buyurur: "Mənə yeddi əzanın üzərinə səcdə etmək əmr olundu".

Cənabət və heyz halında hansına görə qüsl alınır?

    05.03.2014
Sual: 
Salam aleykum. Chox üzr istəyirəm, cənabət və heyz qüslu olan, deyilənə görə, təkcə cənabət qüslu ala bilər? 2)Cənabət qüslundan sonra dəstəmaza ehtiyac yoxdur. Bunlar doğrudurmu?
Cavab: 

Aleykum salam. Bu halda yalnız heyz qüslu almaq kifayətdir. Heyz qüsulunun cənabət (cinsi əlaqədən sonra) qüslundan fərqi odur ki, saçlar tam islanmalı və hörüklər varsa, açılaraq yuyulmalıdır. Cənabət qüslunda isə saç tam islanmasa da, başa üç dəfə su tökmək kifayətdir.

Pages