təmizlənmə
Çimərkən əvvəldə qüsul almaq yaxşıdır, yoxsa axırda?
Aleykum assalam. Bunun fərqi yoxdur.
Təyəmmüm necə alınır?
Va aleykumus-Sələm. Uca Allah buyurur: "Su tapmasanız,təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün". (əl-Maidə, 6).
Təyəmmüm almağa evdə torpaq yoxdursa
Aleykum salam. Bir daha belə etməyin. Torpaq olmasa daşla və ya balkondakı tozla da təyəmmüm ala bilərsiniz.
Dəstəmaz necə alınır?
Namaz məqaləsindən oxuya bilərsiniz.
Təyəmmümlə namaz qılmaq olar?
Aleykum salam. Təyəmmümlə namaz qılmaq su tapmadıqda, xəstə olduqda, şiddətli soyuq olduqda icazə verilir.
Təyəmmüm niyyəti necə olmalıdır?
Aleykum salam. Niyyət, məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: "Əməllər ancaq niyyətə görədir. Hər bir insan niyyət etdiyini əldə edir...".
Qrip namazı batil edirmi?
Salam aleykum. Qrip, soyuqdəymə və ya hər hansı bir xəstəlik səbəbi ilə burundan gələn selik namazı batil etmir.
Bir müddət namaz qılmamaq
Aleykum salam. Namaz mütləq qılınmalıdır! Şərait, su, xəstəlik və ya soyuq olduqda dəstəmaz əvəzinə təyəmmüm almaq olar. Xəstəlik səbəbindən ayaq üstə dura bilmədikdə oturaraq, otura bilmədikdə isə uzanaraq namaz qılınmalıdır.
Dəstəmaz alınma qaydası
Aleykum assalam. Oruc tutarkən dəstəmaz almaq vacib deyil. Dəstəmaz almağın qaydasını saytın İslam bölməsindəki Namaz məqaləsindən öyrənə bilərsiniz.