Yuxuda ikən ihtilam olan hər dəfə qüsl almalıdırmı?
Və aleykum salam. Yuxuda ikən insandan ifraz olunan çoxlu miqdarda maye spermadır. Yuxu görülməsə və şəhvət hissi olmadıqda belə, bu halda qüsl alınmalıdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qüslu yalnız məninin (spermanın) gəlməsi vacib edir".