təmizlənmə
İşlərim yoluna düşmədiyi və qüsl almaq çətin olduğu üçün namazları qəza edirəm...
Və aleykum Salam. Namaz qılmamaq və ya qılıb sonra tərk etmək həlakedici günahlardandır. Həmçinin heç bir üzürlü səbəb olmadan namazları qəzaya saxlamaq da böyük günahlardandır.
Nəcisə bulaşan yeri axar su altında təmizləmək şərtdirmi?
Və aleykum Salam. Qeyd etdiyiniz şey üçün narahat olmayın, çünki nəcisin düşdüyü yeri axar su ilə yumaq şərt deyil. Belə ki, nəm əski və ya digər yuyucu, təmizləyici vasitələr ilə də silib təmizlədikdən sonra həmin yer pak olur. Həmçinin oxuyun:
Dırnaqda iynə ucu qədər lak qalması dəstəmazı batil edirmi?
Və aleykum Salam. Qeyd etdiyiniz hala görə həmin müddət ərzində namazların qəzasını qılmağa ehtiyac yoxdur, çünki bu, dəstəmaz üçün maneə sayılmır. Əsas odur ki, dəstəmaz əzalarında qalan lak, boya və ya dəstəmaz üçün olan hər hansı bir maneə gözə çarpacaq qədər böyük olmasın.
Dırnaq uzatmaq və dırnaqları rəngləmək olarmı?
Spirtli dezodorant istifadə etmək olarmı?
Və aleykum Salam. Spirtli dezodorant və ya ətir vurmağın dəstəmaza və ya namaza ziyanı yoxdur, əksinə, namazdan əvvəl ətirlənmək namazın ədəblərindəndir.
Su ilə təmizlənməyə imkan olmadıqda, nə edim?
Şəffaf maye ifraz olunduqda alt paltarını dəyişmək lazımdırmı?
Ayağa məsh çəkmək məsələsində həddən artıq diqqətli olduğum üçün əziyyət çəkirəm...
Və aleykum Salam. Dəstəmaz aldıqda ayaqları yumaq vacibdir. Uca Allah buyurur: "Ey iman gətirənlər!