təmizlənmə
Cinsi əlaqə zamanı boşalma olmasa, qüsl pozulurmu?
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu.
Heyz olan qadın nə üçün namaz qıla bilməz?
Və aleykum Salam. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qadınlara heyz vaxtı namaz qılmağın qadağan olduğunu bildirmişdir. Amma bu vaxt Allahı zikr etmək, dua etmək, əzbərdən Quran oxumaq və digər xeyirli əməllərlə Allahın razılığını qazanmağa çalışmaq qadağan deyil.
Dırnaqları uzatmaq olarmı?
Salam aleykum. Dırnaq uzatmaq fitrətə (yaradılışa) ziddir, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dırnaqları müəyyən vaxtdan bir tutmağı buyurmuşdur.
Ağızı və burunu yaxalayaraq bədəni yumaq dəstəmazı əvəz edirmi?
Və aleykum Salam. Bu cür dəstəmaz almaq düzgün deyil, çünki dəstəmazda əzaların yuyulmasının ardıcıllığı var. Cənabət qüslu aldıqda isə dəstəmaz almış sayılırsınız. Daha ətraflı:
Düzgün dəstəmaz necə alınır?
Meyitə əl vuranda qüsl almaq lazımdırmı?
Va aleykum Salam. Meyitə toxunanda qüsl almaq vacib yox, bəyənilən əməldir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim ölü yuyarsa özü də yuyunsun". (İbn Məcəh, 1159, 1463). Həmçinin oxuyun:
Alt paltarı bulaşdıqda qüsl alınmalıdırmı?
Qadın daimi axıntı gəldiyi halda namazlarına davam edə bilərmi?
"Budaə quyusundan dəstəmaz almaq" haqqında hədis səhihdirmi?
Və aleykum Salam. Qeyd etdiyiniz hədis səhihdir, lakin onun izahı var. Hədisdə deyilir ki, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə bir sual verirlər: "Budaə quyusundan dəstəmaz alaqmı? Belə ki, həmin quyuya aybaşı qanına bulanmış əskilər, it ətləri və heyvan leşləri atılır".
Qüsl alarkən alt paltarında olmaq vacibdirmi?
Və aleykum Salam. Şəriətə görə qüsl alarkən övrət yerinin bağlı olması ədəblərdəndir, lakin tam çılpaq şəkildə qüsl almağa da heç bir qadağa yoxdur. Həmçinin oxuyun:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?