təmizlənmə

Maşın yağı dəyən paltarda namaz qılmaq olarmı?

    06.11.2017
Sual: 
salamaleykum əvvəlcədən cox sagolun ki bele bir sayt acmısınız. avtomobil təmirində işdiyirəm və bu işdə elədiki paltarivi ne qeder təmiz saxlasanda yenede cirklenir.İşde paltar çirkli (paltarin yağ olması) olduğu halda namaz qilmaq günahdı?
Cavab: 
Va aleykum Salam. Bədən və paltar nəcasətə bulaşmadıqca kirli bədənlə və ya paltrala dəstəmaz alıb namaz qılmaq olar. Yağ ləkəsi murdar deyil və bu paltarda namaz qılmaq icazəlidir. Həmçinin oxuyun:

Yuxuda şəhvətlə az miqdarda məzinin çıxması qüslu pozurmu?

    05.11.2017
Sual: 
Salam.Men bu gun yatanda gece yuxuda cinsi elaqeye baslayana şehvetle s mezi cixmisdir amma meni cixmamisdir mezi ise cox az cixmisdi.Bu qüslu pozarmi.Önceden Allah razi olsun.
Cavab: 

Və aleykum Salam. Məzinin çıxması qüslu pozmur. Daha ətraflı:
Dəstəmazı pozan amillər 
Cinsi əlaqə olmadan ehtiras hissi qüslu pozurmu?

Cinsi əlaqə zamanı boşalma olmasa, qüsl pozulurmu?

    31.10.2017
Sual: 
Salam aleykum rahmatullahi və bərəkətuhu. Allah elminizə bərəkət versin.Allah sizi xeyirlə mükafatlandırsın. Sualım belədir. 1. Ər arvad arasında cinsi münasibətdə boşalma olmasa, qüsl pozulurmu? Kişi və qadına qüsl almağa ehtiyac olurmu? 2. Uşağımız var əlhəmdülilləh, hələki bir müddət yeni uşaq olmağını istəmirik. Cinsi münasibətdə qadın hamilə qalmaması üçün bunun qarşısını almaq üçün nələrdən istifadə etmək icazəlidir? (Məs: Dərman və ya digər digər şeylər). Salam aleykum.
Cavab: 

Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu.

Heyz olan qadın nə üçün namaz qıla bilməz?

    31.10.2017
Sual: 
Salam.men niye heyz olanda namaz qila bilmerem? Bunu Quranda emr olunmus aye varmidir?niye 1 ayin 7 gunu men namazdan mehrum oluram.yeni bele gunlerde men Allah secde etmeye layiq deyilmiyem. Allah bizi bele yaradib.Quranda mundar olan seyler sirasinda heyz qeyd edilmeyibse niye qadinlari namazdan uzaq salirlar.
Cavab: 

Və aleykum Salam. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qadınlara heyz vaxtı namaz qılmağın qadağan olduğunu bildirmişdir. Amma bu vaxt Allahı zikr etmək, dua etmək, əzbərdən Quran oxumaq və digər xeyirli əməllərlə Allahın razılığını qazanmağa çalışmaq qadağan deyil.

Ağızı və burunu yaxalayaraq bədəni yumaq dəstəmazı əvəz edirmi?

    28.10.2017
Sual: 
Salam destemazi bu cure almaq olarmi niyet etdikden sonra agiza buruna 3defe su alib sonra butun bedeni yuyulsa basi yumamaq destamaz kecerli olarmi
Cavab: 

Və aleykum Salam. Bu cür dəstəmaz almaq düzgün deyil, çünki dəstəmazda əzaların yuyulmasının ardıcıllığı var. Cənabət qüslu aldıqda isə dəstəmaz almış sayılırsınız. Daha ətraflı:
Düzgün dəstəmaz necə alınır?

Pages