təmizlənmə

Tez-tez sidik damcıları gələn adam necə dəstəmaz alıb namaz qılmalıdır?

    14.07.2017
Sual: 
Salam aleykum.mende deatemaz alandan sora bir ve yaa iki damci sidy ifraz olur bu destamazi pozurmu.qeyd edimki bu namaz vaxtinda da gelir
Cavab: 
Va aleykum Salam. Dəstəmaz aldıqdan sonra və ya namaz əsnasında bu cür fikirlərin gəlməsi şeytanın ibadəti çətin göstərmək üçün etdiyi vəsvəsədir. Vəsvəsəyə fikir verdikdə daha da çoxalır. Ona görə də, ta əmin olmadıqca bu cür şeylərə fikir verməmək lazımdır.

Dəstəmaz alarkən yalnız Sübh namazı üçün almağa niyyət etmək olarmı?

    14.07.2017
Sual: 
subh namaz icin destnamz aliram niyet ama subh namazi qilmaqdi zohhur qilmaq olar ya ox
Cavab: 
Salam aleykum. Dəstəmaz alanda yalnız hansısa bir namaz üçün almağa niyyət etmək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsinə ziddir. Ona görə özünüzü çətinliyə salmayaraq dəstəmazı ümumən namaz qılmaq niyyəti ilə alın. Həmçinin oxuyun:

Dəstəmaz alan adama əlinə su tökərək kömək etmək olarmı?

    23.06.2017
Sual: 
salam aleykum!Dəstamaz və ya qüsl alan adama başqa birisi kömək edə bilərmi?Yəni onun əllərinə,ayaqlarına və s su tökə bilrmi?Cox sag olun.Allah sizdən razı olsun.
Cavab: 

Va aleykum Salam. Bəli, əgər ehtiyac varsa, dəstəmaz alan adamın əllərinə, ayaqlarına və s. su tökərək kömək etmək olar. Həmçinin, əllərini, ayaqlarını yuya bilməyən adamın həmin əzalarını başqası da yuya bilər. 

İntim mövzuda məqalələr oxuyarkən istəmədən cünub olmaq günahdırmı?

    23.06.2017
Sual: 
Men sekli ve videosu olmayan meqaleler oxuyuram seks haqqinda esasen hedisler icaze verilen seyler haram edilen seyler oral ve s haqqinda ve istimna etmediyim teqdirde sadece bu haqda oxuduqda menden meni xaric olur yeni (sperma) bu gunahdirmi
Cavab: 
Salam aleykum. Ailə həyatı və cinsi münasibət haqqında şəriət hökmlərini oxuyub öyrənmək günah deyil, lakin burada həddi aşmaq olmaz. Bu mövzu üzrə erotik məqalələr oxumaq şeytanın hiylələrindəndir və böyük günahlara, zinaya aparan yoldur. Şəhvət hissi ilə sperma çıxması isə qüslu pozur.

İtin nəcisi dəyən paltarı adi paltar kimi yumaq olarmı?

    23.06.2017
Sual: 
Salam itin necisne walvarim deyse onu narmal paltar yuduqum kimi yusam kifayetdir ya yox? Birde namaz qildiqdan sora ustumde piwik duku gormuwem namazi yeniden qilmaliyam hemen piwikimde olub cox saq olun cavab verdiynize gore
Cavab: 
Və aleykum Salam. İtin nəcisi dəyən paltarı adi paltarları yuduğunuz kimi yuyucu vasitələrlə yumağınız kifayətdir. Pişiyin tükü olan paltarda qılınan namaz səhihdir, çünki pişik murdar heyvanlardan deyil. Daha ətraflı:

Sahur etmədən oruc tutub və oruclu halda cənabət qüslu almaq olarmı?

    17.06.2017
Sual: 
Cinsi alaqadan sonra yatib qalmisiq imsaqdan 10dayqa sonra qusul verib oruc tutub namaz qilmaq olar
Cavab: 
Salam aleykum. Oruc tutmaq üçün qüslun olub-olmaması şərt deyil, qüsl namaz üçün vacibdir. Sahura qədər qüsl almaq imkanınız olmayıbsa, oruca başlayandan sonra da qüsl ala bilərsiniz. Daha ətraflı:

Açıq qəhvəyi qanın gəlməsi heyzdən sayılırmı?

    13.06.2017
Sual: 
Salam aleykum.men aybawi haqda sual vermek isterdim.aybawidan once qadinda aciq qehveyi leke olursa bu namazi durdurmaga sebeb ola biler?
Cavab: 

Va aleykum Salam. Bəli, qeyd etdiyiniz hal, aybaşının ilk mərhələsində olan əlamətlərindəndir. Ona görə belə olduqda artıq heyzdən təmizlənənə qədər qadına namaz qılıb oruc tutmaq olmaz.

Namazın vaxtı girməmiş dəstəmaz alıb namaza hazır olmaq lazımdır?

    09.06.2017
Sual: 
Salam,mən olduğum şəhərdə sübh namazının vaxtı 03:08-di bu o deməkdirki mən həmin bu vaxta kimi uje dəstəmaz alıb namaza hazır olmalı və göstərilən vaxtda qılmalıyam hə?
Cavab: 

Və aleykum Salam. Namazın vaxtı girməmiş dəstəmaz alıb namaza hazır olmaq yaxşı haldır. Lakin, bunu bir vacib kimi qəbul etməyin. Siz namazın vaxtı girdikdən sonra da dəstəmaz ala bilərsiniz.

Pages