təmizlənmə

Yuxuda cinsi əlaqədə olduğunu görən qüsl almalıdırmı?

    29.03.2017
Sual: 
Salam aleykum yuxuda cinsi elaqede olmaq ve qurtardıgını hiss etmek boyuna cenabet qusulu getirirmi çox narahatam xahis edirem mene yol gosterin namazımı qıla bilmirem ki,belkede qusulluyam
Cavab: 
Və aleykum Salam. Namazı heç bir halda dayandırmaq olmaz. Dinimiz belə hallar üçün çıxış yolunu bizə göstərib. Bu yuxuda cünub olma halıdır. Yuxuda bu hissləri keçirən və alt paltarının bulandığını görən qüsl almalıdır.

Ayaqda keyimə hiss etdikdə salavat demək lazımdırmı?

    29.03.2017
Sual: 
Salam aleykum. 1. Ayaq yuxulayanda, yeni civirleşende, elimi ayaguma sürterek Peygembere salavat deye bileremmi? Allahumme salli ala Muhemmedin ve ala ali Muhemmed. Bunu deyerken ayağın yuxulaması keçib gedir. Bunu men dini sehifelerde də oxumusdum, doğrumu bu? 2.men heyz qüslu aldıqdan sonra namaz qılıram, namazı qutalan kimi yene qəhvəyi rengde leke gorurem, ya da açıq qehveyi.
Cavab: 
Və aleykum alam.

Suyu qızdırmaq vaxt çox alırsa, sübh namazını təyəmmümlə qılmaq olarmı?

    28.03.2017
Sual: 
Salam aleykum. men serait olmadigi ucun ancaq subh namazin teyemmum ede bileremi. su var qizdirmagada imakam var lakin hava soyuq oldugundan evi isitmek gec oldu ucun bu islerde cox vaxt aparfigi ucun muqeti olaraq teyemmum ede bileremi? onceden tesekkurler.
Cavab: 

Və aleykum Salam. Əgər qüsl alsanız namazın vaxtı çıxacaqsa, təyəmmüm alıb namazınızı qılmalısınız. Həmçinin, evi qızdırmaq mümkün deyilsə və belə halda qüsl alsanız xəstələnəcəksinizsə, qüsl almaq əvəzinə təyəmmüm edib namazlarınızı qıla bilərsiniz. Bu cavabı oxuyun:

Təmizlik məsləsində vəsvəsələrə görə namazı müvəqqəti tərk etmək olarmı?

    26.03.2017
Sual: 
salam ncsz allh sizden mindefe razi olsun namaz qilandan sekk olmusam temizliyede destsnamaz alauram ele bilem duz deyil yeniden aliram namaz qilam ele bilem duz qilmamisam yeniden qiliram yada yarisan qayidib qiliram temizliyde sekk edirem ayaq yolundan cixandada psixolojim pozulub butun gun ancaq trmizlik sekkinde qalmisam neynim mene komek edin bu gunde gunartanda axsamisa wilnamusam qilanda 1sata qiliram casiram.yada rsm hazir deyilenmi namaza ara vermek istirem hazir olanda qilaram ysaqimda koroedi arada subh qilada bilmirem sidiyide qacir elur ustirem burazda boyusun aglu kesin onsa yd
Cavab: 
Və aleykum Salam. Bu təmizlik məsələsində həddi aşmaq və vəsvəsələrin təsirinin nəticəsidir. Bunun çıxış yolu namazı tərk etmək deyil, çünki şeytan elə bunu istəyir ki, siz namazı tərk edəsiniz. Namazı tərk etmək insanı həlak edən günahdır.

Dəstəmazı ayaqyoluna getməzdən əvvəl, yoxsa sonra almaq lazımdır?

    24.03.2017
Sual: 
Destemaz alarken cinsiyyet uzvu yuyulur mu?birdəki tualetə dəstəmazdan əvvəl gedilir yoxsa dəstəmaz alınanda etmək olarmı?
Cavab: 
Salam aleykum. Ayaqyoluna getmək dəstəmazı pozduğu üçün dəstəmaz sonra alınır. Dəstəmaz alarkən cinsiyyət üzvünü yumağa ehtiyac yoxdur, çünki cinsiyyət üzvü ayaqyoluna getdikdən sonra yuyulur. Sonra isə dəstəmaz alınır. Daha ətraflı:

Ayaq üstə subaşına çıxdıqda nəm salfetka ilə təmizlənmək olarmı?

    19.03.2017
Sual: 
Su bawina ayaq uste gedende uzr istiyirem orda edilen hereketleri etmek olar ya su bawina ayaq uste gedib uzr isteyirem sunneti neyse bir nem salfetkanan temizleyek
Cavab: 

Salam aleykum. Ayaq üstə subaşına çıxdıqda nəm salfetka ilə təmizləmək olar. Daha ətraflı: Ayaqyoluna getməyin ədəbləri

Heyz qüslu almaq üçün niyyət edəndə nə demək lazımdır?

    19.03.2017
Sual: 
Salam xaiş edirəm heyz qüsulun sözlərini yazaydizda çox xayiş edirəm niyət də nə deyilir qosulda nə deyilir qabağcadan təşəkurumu bildirirəm
Cavab: 

Və aleykum Salam. Qadın heyzdən qurtardıqda qüsl alarkən xüsusi bir söz demir, sadəcə qüsl alacağını bilməyi onun niyyətidir və "bismilləh" deyib qüsl almalıdır. Daha ətraflı: Niyyət etmək bidətdirmi? 

Pages