təmizlənmə

Ayağı yaralı olan dəstəmazı necə almadır?

    13.02.2017
Sual: 
Salam, Menim barmağımı ayaqqabı döydüyü üçün dərman qoyub tənziflə bağlamışam. Barmağımda dərmanlı tənzif olduğu halda dəstəmaz alıb namaz qıla bilərəm? Çox Sağ Olun
Cavab: 
Və aleykum Salam. Həmişəki qaydada dəstəmaz alırsınız və növbə ayaqlara çatdıqda həmin ayağınızı mümkün olan qədər yüngülvari yuyun və yuya bilmədiyiniz hissəyə əlinizlə yüngülcə məsh çəkin.

Su pulunu ödəmədiyimə görə qüsl sayılırmı?

    13.02.2017
Sual: 
Salam. Mən su pulunu ödəmirəm mənim oruç ücün etdiyim qüsul halal sayılır?
Cavab: 

Və aleykum Salam. Bunlar bir-birinə bağlı olmasa da, kommunal xidmət haqlarını ödəməmək haqqa girmək olduğu üçün günah sayılır. Çünki, bu pul dövlət büdcəsinə yığılır, oradan da əhalinin əmək haqları, pensiya və digər ehtiyacları ödənilir.

Axşam qüsl alan insan səhər yuxudan duranda Sübh namazı üçün dəstəmaz almalıdırmı?

    13.02.2017
Sual: 
Salam.Axwam yatanda qusul almiwam.Seher duranda da destamaz almaliyam?.Subh Namazina
Cavab: 
Və aleykum Salam. Bəli, siz Sübh namazını qılmaq üçün səhər yuxudan duranda dəstəmaz almalısınız, çünki yatmaq qüslu pozmasa da, dəstəmazı pozur. Daha ətraflı:

Dəstəmaz almaq üçün dırnaqlardakı lakı silmək lazımdırmı?

    02.02.2017
Sual: 
Salam aleykum.Eger dirnaglarda boya varsa,destamaz alanda barmaqlarin hamisinin dirnaglarinin boyasini silmek lazimdi yoxsa bir barmagin dirnaginin boyasini kifayet eder?
Cavab: 
Və aleykum Salam. Dəstəmaz almazdan bütün dırnaqlardakı boyanı silmək lazımdır, çünki dırnaqlar dəstəmazda su dəyməsi vacib olan əzalardan sayılır. Heyz halında namaz qılınmadığı üçün dırnaqlarınıza lak çəkə bilərsiniz.

Nəm salfetka, ətirdən istifadə etmək dəstəmazı pozurmu?

    31.01.2017
Sual: 
Es-salamu Aleykum.Destemazli iken etirden,nem salfetkadan istifade etmek ve ya terkibinde sipirt olan bir seye toxunmaq destamazi pozurmu?cavablandirdiqiniz ucun cox sag olun,Allah razi olsun!
Cavab: 
Və aleykum Salam. Nəm salfetka, ətir və tərkibində spirt olan digər şeylərdən istifadə etmək dəstəmazı pozmur. Həmçinin, içməmək şərtilə spirtdən istifadə etmək dəstəmazı pozmur.

Səbəbsiz yerə namazı dayandırdıqda dəstəmaz pozulurmu?

    29.01.2017
Sual: 
Salam aleykum namazdan vacib olmadan bilərək çıxmağın hökmü nədir? Dəstamazı pozurmu və Sonra namaz qılmaq olarmı?
Cavab: 
Və aleykum Salam. Üzürlü hal olmadan namazdan çıxmaq dəstəmazı pozmasa da, günah sayılır. Səbəbsiz yerə namazdan çıxdıqda həmin namazı yenidən qılmaq lazımdır. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar 

Pages