təmizlənmə

Saça rəng qoymaq, qüsl və digər suallar...

    17.11.2016
Sual: 
Salam 1)Cavablarda vardı,qüsl alarkən ürəyində çinmək yox qüsl almaq niyyətini tututsan.Biz çimərkən sabundan və başqa təmizləyici vasitələrdən istifadə edirik.Amma qüsldə bunlardan istifadə olunmur.Onda nicə edək əvvəl qüsl alıb sonra çimək?? 2.Spirtli içki haramdır.Bes araq çəkib özü içmiyib satsa odq günah qazanarda yəqin? 3.Saça rəng qoymaq olarmı? 4Atam bizə qarşı çox haqsızlıqlar edir.Ona görə də ona okan sevgim get-gedə azalır.Mən onu haqsızlıqlarına dözməliyəm. 5Kimsə mənə qarşı həddini aşırsa.təhqir edici söz deyirdə və s.
Cavab: 

Və aleykum Salam.
1. Əvvəl istədiyiniz şəkildə çimin, sonra qüsl alın, çünki qüsl ibadətdir, çimmək deyil. Qüslda adi halda çimməkdən fərqli olaraq niyyət var.

Qadının ərini öpməsi, yaxud ona toxunması dəstəmazı pozurmu?

    13.11.2016
Sual: 
Salamu eleykum Evli bir xanim destemaz aldiqdan sonra heyat yoldasina ve ya ona mehrem olan bir insana toxunarsa onu operse desdamaz pozularmi?birde qadindan onden cixan yel desdamaz pozarmi.Allah razi olsun .
Cavab: 

Və aleykum Salam. Aişə (Allah ondan razı olsun) demişdiir: "Peyğəmbər (salləllahu aleyhi va səlləm) onu öpdü və dəstəmaz almadı". (Əbu Dəvud, 178; İmam Əhməd, 25767). Daha ətraflı:
Dəstəmazı pozan amillər

Barmaqdan qan gələ-gələ namaz qılmaq olarmı?

    13.11.2016
Sual: 
salam barmaq keslibse mohkem destemaz alandan sonra yenede qan cixirsa namaz qilmaq olarmi ve yaxud neynemek olar cox sagolun
Cavab: 

Və aleykum Salam. Barmaqdan gələn qanın qarşısını tibbi vasitələrlə alın. Qanın axması isə dəstəmazı və namazı pozmur. Əgər paltarda qan ləkəsi varsa, bunu bacardığınız qədər təmizləyin. Lakin, təmizləyə bilmədiyiniz ləkələrin sizin namaza təsiri yoxdur.

Bilmədən qüsulsuz halda qılınan namazları yenidən qılmaq lazımdırmı?

    11.11.2016
Sual: 
Assalamu aleykum.Bir sual vermek isdiyirem.Meni ifraz olunursa qüsl pozulur.Eger bir oğlanda meni ifraz olursa eger buda qüslu pozursa bu oğlanda bilmir ve yeni qüsl almır.Bu adamda namaz qılan olur.Ve yeni qüsl almadan (bilmiyerekden) Namazı bele qılır.O qıldığı namazlarda qezaya gedir? Yoxsa day qezasını qılmır.Qezaya gedirsede namazlar bu da o namazın sayını bilmir ki ne qeder qezaya gedir.Yeni o bu namazları qılmalıdır.(Vacibdir).Önceden teşekkürler.
Cavab: 

Və aleykum Salam. Əgər bu adam qüsl pozulanda qüsl almağın vacib olduğunu bilmirdisə, qüsl alıb növbəti namazlarını qılmalı və qəza etməməlidir, çünki həmin adam bilmədiyinə görə üzrlüdür, yalnız bildiyi günün qəzalarını qılır.

Yuxuya görə dəstəmazda dəyişiklik etmək olarmı?

    01.11.2016
Sual: 
Yuxuda mənə bir qadın dediki dəstəmaz alanda sol qolunu 2 dəfə sağ qolunu 3 dəfə Mən nə edim
Cavab: 

Salam aleykum. Yuxular həm Allahdan, həm də şeytandan ola bilər. Şəriətdə yuxu ilə hökm vermək qadağandır. Siz Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) necə dəstəmaz alıbsa, elə dəstəmaz almalısınız. Daha ətraflı:

Təmiz olmayanda Sübh namazını qılmayıb sonra qılmaq olar?

    29.10.2016
Sual: 
Salam size bir defede yazmisdim hicab haqinda artig yuxudada gorurem ki hicaba kecmisem.ama kecmey isdiyirem imkan yoxdu o mene gunah sayilirmi. Birde seher namazini qilmiyib sonra qezasini qilsag olarmi temiz olmuyanda qilmag olarmi
Cavab: 
Və aleykum Salam. Təmiz olmayanda və qüsl almaq mümkün olmadıqda, heç olmasa natəmiz yerləri su ilə, bu mümkün olmasa yaş əski ilə təmizləyib təyəmmüm almaq və namazı vaxtında qılmaq lazımdır. Çünki, namazı bilərəkdən qəza etmək böyük günahdır.

Böyrək xəstəliyi olan necə dəstəmaz alıb namaz qılsın?

    17.10.2016
Sual: 
Salam sualim budur ki,menim bibim xestedir.Her yeri agriyir boyreyide.O ya namaz qilir ya qila bilmir.Hem agrilari olur,hem de su iwledende(namazada qusl,destemaz temizlik lazimdir) boyreyleri agriyir.indi ne elesin?gunah sayilirmi?
Cavab: 

Və aleykum Salam. Əgər bibiniz su ilə təmizlənəndə xəstəliyi artırsa, dəstəmazı və qüslu təyəmmümlə əvəz edə bilər. Ayaqyolunda isə isti su ilə təmizlənsin. Ayaq üstə namaz qıla bilmirsə, oturaraq namaz qılsın. Daha ətraflı: 

Dadı və iyi dəyişən suyu içmək və onunla qüsl almaq olamı?

    17.10.2016
Sual: 
Salam. Spirt qoxusu ve dadi duşmüş sudan içmek ve qüsl üçün istifade etmek olarmi? Nezere alsaq ki bundan başqa istifade üçün su yoxdur.
Cavab: 

Və aleykum Salam. Suyun tərkibi dəyişdikdə, təmizləyicilik qabiliyyətini itirsə də içmək üçün yararlı ola bilər. Məsələn, sərinləşdirici içkiləri içmək olar, lakin onlarla dəstəmaz və ya qüsl almaq olmaz. Siz dediyiniz halda isə o suyu içdikdə sizə sərxoşedici təsir göstərmirsə, onu içmək olar.

Pages