xurafat

Maşında Quran surələrini yazdırıb asmaq olarmı?

    28.03.2015
Sual: 
as salamu ealeykum ve rehmetullahi ve bereketu.masindan her hansi bir sureni yada Allah yazilan ewyani asmaq olarmi.?
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Quran surələrini və ya duaları yazdırıb haradansa asmaq yox, onları tez-tez oxumaq və mümkün qədər əzbərləmək lazımdır. Daha ətraflı: Ruzi-bərəkət duasını yazıb evdən asmaq olarmı?

Peyğəmbərimizin dövründə indiki xalçalardan olmayıb, onların üzərində namaz qılmaq olar?

    07.03.2015
Sual: 
Salam aleykum. mən bir nəfərə deyəndəki Peyğəmbərimizin zamanında təsbeh olmayıb barmaqları ilə zikr edib mənə dedi ki, Peyğəmbərimizin zamanında indiki xalçalardan da olmayıb onda onun da üzərində namaz qılmayaq?? Mən cavab verə bilmədim. Xaiş edirəm əgər siz cavabın bilirsizsə yazın.
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hamam (ayaqyolu) və qəbirstanlıqdan başqa yer üzünün hər tərəfi səcdəgahdır". (İbn Məcəh, 745).
Həmçinin buyurmuşdur: "Allah bütün yer üzünü mənim üçün səcdəgah və pak yaratmışdır". (əl-Buxari).

Ziyarətgaha gedib şəfa tapan insanlar var, bu barədə nə deyə bilərsiniz?

    21.02.2015
Sual: 
Salam.ziyaretgahlara gedib wefa tapan insanlar olub bu haqda ne deye bilersiz?
Cavab: 

Və aleykum Salam. Şübhəsiz ki, şəfa verən, ruzi, övlad verən, işləri yoluna qoyan, kömək edən Uca Allahdır. Bu işlərin heç birində Allahın şəriki və ya vasitəçisi yoxdur. Uca Allah buyurur: "Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin.

İslamda nəzir qutusu anlayışı varmı?

    21.02.2015
Sual: 
Salam aleykum. Allah razi olsun suallarla elmli (Quran ve sehih hedisler esasinda) cavab verdiyinize gore. Bele bir sual vermek isterdim. islamda nezir yox, NEZIR QUTUSU deyilen bir anlayish varmi? en xeyirli sedeqe ehtiyaci olan yaxin qohuma verilen sedeqe deyilmi Quranda buyrulan kimi. Sonra tanidigin yoxsula. Yetime ve yodan kecenlere? Ve ya insanlarin yaxin qohumlari ehtiyac icerisinde ola ola hara getdiyi belli olmayan, bashqasinin yaxin adamlari ucun yigilan nezir qutularimi daha savabdir Allah qatinda?Allah razi b
Cavab: 

Aleykum salam. İslamda nəzir qutusu anlayışı yoxdur, Peyğəmbərin (salləllahu aleyhi və səlləm), səhabələrin və onların ardınca gedənlərin dövründə nəzir qutusu olmayıb. Uca Allah buyurur: "Səndən Allah yolunda nə verəcəklərini soruşurlar.

Alt paleolit dövründə dil olmadığı üçün insanlar necə namaz qılıblar?

    19.02.2015
Sual: 
salam.bildiyimiz kimi alt paleolit dovrunde hele dil yaranmamiwdi.bes o zaman namaz olubmu.eyer olmayibsa onlar cennete nece duwe bilerler? Mehemmed (s.a.s) Peygemberimizden evvel yawayan insanlar namaz qilibmi .eyer qilibsa nece namaz qiliblar.
Cavab: 

Aleykum salam. Alt paleolit dövründə dilin olmaması cəfəng, heç bir elmi əsası olmayan fərziyyələrdir. Kafirlərdən bəziləri ulu babalarınınn meymuna bənzər, ağılsız canlılar olduğunu düşünürlər.

Namaz üçün möhür və təsbeh vacibdirmi?

    05.02.2015
Sual: 
sunni namazi qiliram namazlarimda bezen mohurden istifade etmisem indi hal hazirda etmirem gunahdirmi vacibdir mohurle qilmaq tesbehde bezen qoyuram zikri elimde edirem
Cavab: 

Salam aleykum. Bunların hər ikisindən çəkinmək lazımdır, çünki Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə bunlar olmayıb. Daha ətraflı:
Namazdan sonra təsbeh çəkmək olarmı?

Pages