xurafat
Heyvan saxlamaq günahdırmı?
Aleykum salam. Bəzi hallarda it saxlamaq istisna olmaqla, digər heyvanları saxlamaq olar. Daha ətraflı: Hansı heyvanları evdə saxlamaq olar?
Ələm nədir?
Aleykum salam. Bu cavabı oxuyun: Ələm gəzdirməyin dinlə bağlılığı varmı?
Qadın körpə uşağı yuyundurub altını dəyişdirdiyi üçün namaz qılmaya bilərmi?
Aleykum salam. Allah sizin övladlarınızı salehlərdən etsin. Heç bir halda namaza fasilə vermək və ya tərk etmək olmaz. Uşağı yuyundurmaq, onun altını dəyişdirmək və s. insanı murdar etmir və ya dəstəmazı pozmur, çünki dəstəmazı pozan amillər arasında bu yoxdur.
Ehsan süfrəsində yemək yedikdən sonra hansı dua oxunur?
Salam aleykum. Hazırki yas mərasimlərində təşkil olunan ehsan süfrələri islamda olmayıb, sonradan dinə gətirilən bidətdir (yenilik). Daha ətraflı:
Yas mərasimlərində ehsan yeməyi bişirməyin hökmü nədir?
Məhərrəm ayında musiqiyə qulaq asmaq olarmı?
Salam aleykum. Dinimizə görə heç bir ayda musiqiyə qulaq asmaq olmaz. Daha ətraflı: Musiqiyə qulaq asmaq və rəqs etmək olarmı?
Yas mərasimlərində ehsan yeməyi bişirməyin hökmü nədir?
Va aleykumus-Sələm. Yas mərasimlərində ölənin ailəsinin başsağlığı verməyə gələnlərə yemək verməsi bidətdir (dinə sonradan əlavə edilmiş yenilik). Bunu etmək nə Quranda, nə də səhih hədislərdə buyurulmayıb.
İmamlara and içmək düzgündürmü?
Tək və ya cüt səbirin faydası varmı?
Aleykum salam. Bunların hamısı cahiliyyə dönəmindən qalma uğursuzluğa, bəd əlamətlərə inanmaq kimi xurafat yönlü fikirlərdir. Daha ətraflı: Bəd əlamətlərə inanma!
Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?
Aleykum salam. Pirlər, ocaqlar və digər ziyarətgahlar insanlar tərəfindən uydurulan, Uca Allahdan qeyrisi üçün ibadət edilən yerləridir. Pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək kimi hər hansı ibadət növünü Allahdan başqası üçün etmək Allaha şərik qoşmaqdır.