Son məqalələr

Qəlbin fitnələr qarşısında aqibəti: nur, yoxsa qaranlıq?

    21.04.2026

 

Həqiqətən, müsəlmanın islah etməli və qayğı göstərməli olduğu ən mühüm bədən üzvü köksündəki qəlbidir. Çünki qəlb əməllərin əsası və bədənin hərəkətlərinin mənbəyidir, o, sanki öz ordusuna hökm edən bir hökmdar kimidir — qəlb düzələrsə, bədən də düzələr, qəlb pozularsa, bədən də pozular.

Cənnəti zəmanət altına alan altı əməl

    09.04.2026

Hər kəsə məlumdur ki, zəmanət insanların həyatında böyük əhəmiyyətə malikdir və ticarət münasibətlərində xüsusi yer tutur. Zəmanət verilmiş mallar insanlar arasında, həmişə digər mallardan daha etibarlı sayılır və zəmanətsiz mallarla müqayisədə daha yüksək qiymətləndiri­lir. Bu, insanların təminatlı şeylərə olan marağının və diqqətinin nə qədər böyük olduğunu göstərir. Əgər zəmanət verən şəxs dürüst və etibarlı, sadiq və vicdanlıdırsa, insanların bu zəmanətə etibarı daha da artır.

Ramazanda edilən ibadətlərin qəbul olmasını bildirən əlamət

    20.03.2026

Möhtərəm müsəlmanlar, az öncə xeyir və bərəkət ayı olan Ramazan ayında idik. Gündüzünü oruc tutur, gecəsini isə namazla keçirirdik. Allaha müxtəlif ibadətlərlə yaxınlaşmağa çalışırdıq. Artıq bu mübarək mövsüm başa çatdı. Bundan bizə qalan isə yalnız saleh əməllər oldu. İnsanın bütün ömrü belə keçir, hər ötən saat, gün, ay ömrümüzü qısaldır və bizi Axirətə yaxınlaşdırır. Axirətdə bizə fayda verən isə yalnız saleh əməllərimiz olacaq.

Ramazan ayının son on günü

    01.03.2026

Möhtərəm müsəlmanlar, mübarək Ramazan ayındayıq və qarşıdan Ramazan ayının son on günü gəlir. Uca Allah Ramazan ayının son on gününü Ramazanın digər günlərindən fərqləndirmiş və bu günləri bir çox xüsusiyyətlərinə görə fəzilətli etmişdir. Bu xüsusiyyətlər aşağıdakılardır: 

Mübarək Ramazan ayını necə qarşılayaq?

    04.02.2026

Möhtərəm müsəlmanlar, hal-hazırda Şaban ayının son günlərindəyik. Qarşıdan mübarək Ramazan ayı gəlir. Uca Allah Ramazan ayını digər aylardan üstün etmişdir. Uca Allahın fəzlilətli ayları, günləri və yerləri bildirməsi qullarına olan rəhməti və lütfüdür. Bunda olan hikmət isə bu zamanlarda və məkanlarda savabların artırılmasıdır. Ramazan ayında Qurani Kərimin nazil olması və İslamın ərkanlarından biri olan oruc ibadətinin məhz bu ayda yerinə yetirilməsi onun fəzilətinə kifayət edir.

Şaban ayında oruc tutmağın hikmətləri

    14.01.2026

Möhtətrəm müsəlmanlar! Qarşıdan Şaban ayı gəlir. Peyğəmbər Şaban ayında çox oruc tutardı. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi bəzən o qədər çox oruc tutardı ki, “artıq ayın sonuna qədər oruc tutacaq” deyərdik; bəzən də oruc tutmazdı hətta “artıq ayın sonuna qədər oruc tutmayacaq” deyərdik. Mən Peyğəmbərin Ramazandan başqa heç bir ayı tam orucla keçirdiyini görmədim. Onu digər aylarda Şaban ayında tutduğu qədər çox oruc tutan görmədim”. (əl-Buxari, 1833; Muslim, 1956).

Evlənmək istəyənlərə on qızıl nəsihət

    16.12.2025

Ey əziz oğlum... ey dəyərli qızım...
Evlilik sadəcə iki nəfərin qovuşması deyil. Bu, iki qəlbin vədələşməsidir; ailənin iki təməli arasında məsuliyyətdir. Evlilik iman, ixlaslı niyyət, mərhəmət və səbir üzərində qurulmuş bir tikilidir. Sizə bu böyük binanın tikilməsində kömək olacaq on tövsiyəmi təqdim edirəm. Ümid edirəm ki, bu tövsiyələr ailənin qurulmasında faydalı və evlənən cütlük üçün bir asanlıq olar.
 
Birinci: Niyyətini düzəlt!

İslam əxlaqı – başqasını özündən üstün tutmaq

    10.10.2025

İslam dini ən yüksək əxlaqi keyfiyyətləri əmr edir, istənilən pis əxlaqı isə qadağan edir. Peyğəmbər öz ümmətinə tövhidi, qəlbi günahlardan təmizləməyi və əxlaqı dirçəltməyi buyurmuşdur. O buyurur: “Mən yalnız ən gözəl əxlaqı kamilləşdirmək üçün göndərilmi­şəm” (Əhməd, 8939). Peyğəmbər   bu xüsusda səhabələrinə və ümmətinə ən gözəl nümunə oldu. Ənəs (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi söyüş söyməzdi, çirkin söz danışmazdı, lənət etməzdi”.

Hicri təqvim və Muhərrəm ayı

    17.06.2025

Möhtərəm müsəlmanlar! Mübarək Həcc ayları (Zülqadə və Zülhiccə ayları) bitdikdən sonra Allahın ayı olan Muhərrəm ayı gəlir. Bu ay hicri ilin açarıdır. Yəni hicri il məhz bu aydan başlayır. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Muhərrəm ayını “Allahın ayı” adlandırmışdır. Peyğəmbərimiz ﷺ buyurur: “Fərz namazlarından sonra ən fəzilətli namaz gecənin yarısı qılınan namazdır. Ramazan orucundan sonra tutulan ən fəzilətli oruc isə Allahın ayı olsn Muhərrəm ayında tutulan orucdur”. (Muslim, 1163).

Pages