İylənmiş ət halal sayılırmı?
Və aleykum Salam.
1. Əti yeyilməsi halal olan heyvanların içalatının da yeyilməsi halaldır. Lakin, halal olsa belə əgər yeyildiyi zaman insanlara zərər verə biləcək bir haldadırsa, onda onu yeməkdən çəkinmək lazımdır. İnsanları aldadaraq vaxtı keçmiş, xarab olmuş, iylənmiş əti, içalatı və digər qidaları satmaq icazəli deyildir, çünki bu cür qidalar yeyildiyi zaman insanlara zərər verə bilər. Uca Allah buyurur: "...Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir". (əl-Bəqərə, 195).
"...Bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir". (ən-Nisa, 29).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Zərər vermə ki, zərər görməyəsən". (İmam Əhməd, 1/313).
Həmçinin demişdir: "Bizi aldadan bizdən deyil". (Səhih Muslim "İman", 164).
Habelə buyurmuşdur: "Sizlərdən hər hansı biriniz özünə istədiyini müsəlman qardaşına istəməyincə, kamil iman gətirmiş sayılmaz". (Səhih əl-Buxari "İman", 1/14, №: 13).
2. İslama görə dini mahnı anlayışı mövcud deyildir. İslama görə istər şən, istər həzin, istər kədərli hər növ mahnı və musiqi haram hesab olunur. Bu dini bizə çatdıranlar mahnı oxumaqla çatdırmayıblar. Daha ətraflı:
Musiqiyə qulaq asmaq, oxumaq və rəqs etmək
Musiqi xoş təsir bağışladığı halda ona qulaq asmaq niyə haramdır?
3. Peyğəmbər (salləllahu aleyhi və səlləm) və səhabələr dəstəmaz aldıqları zaman başlarına və onunla yanaşı qulaqlarına 1 dəfə məsh çəkərdilər. Səhih mənbələrdə onların boyunlarına məsh çəkdikləri bildirilməyib. Daha ətraflı:
Namaz necə qılınır və dəstəmaz necə alınır? - VİDEO
Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) necə dəstəmaz alardı?
İslam fiqhi: Dəstəmaz almağın qaydası
İslam fiqhi: NAMAZ ÜÇÜN TƏMİZLƏNMƏK
4. Bu cavabları oxuyun:
Üstü pulsuz balıqların ətini yemək olar?
Suda ölən balığı yemək olar?
5. Şəriətimizdə namaz əsnasında vəsvəsə gəldikdə insanın sağ tərəfə yox, üç dəfə sol tərəfə yüngül şəkildə tüpürərək şeytandan Allaha sığınması buyurulmuşdur. Bu cavabları oxuyun:
Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Namazı batil edən hallar
Namazda bəyənilməyən əməllər hansılardır?
6. Fərz namazlarında olduğu kimi nafilə namazlarında da insan səhv etdiyi zaman səhv səcdəsi edə bilər. Həmçinin bildirək ki, səhv səcdəsi yalnız namazın rüknlarında və vaciblərində edilən səhvlərə görə edilir. Daha ətraflı:
Namazın rüknları və vacibləri
Səhv səcdəsi necə yerinə yetirilir?
7. Antbiotik iynələrin vurulmasına ehtiyac varsa, bu, günah deyildir.
8. Müsəlmanın digər bir müsəlmanla qarşılaşdığı və ya sağollaşdığı zaman "əs-Səlamu aleykum" deməsi peyğəmbərimizin sünnəsindəndir. Quran və Sünnədə gələn xəbərlərə görə salam verməyin ən üstün forması belədir: "Əssələmu aleykum va rahmətullahi va bərakatuhu - Uca Allahın sizə salamı, rəhməti və bərəkəti olsun".
Uca Allah buyurur: "Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir". (ən-Nisa, 86).
"Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə onlara de: "Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs cahilliyi üzündən pis iş görsə, sonra tövbə edib əməllərini islah etsə, Allah onu bağışlayar. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir". (əl-Ənam, 54).
Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Müsəlmanın digər müsəlman üzərində altı haqqı var. Orada olanlar dedilər: "Ey Allahın elçisi, onlar hansılardır?" O buyurdu: "Onunla qarşılaşdıqda salam ver. Səni dəvət etdikdə qəbul et. Səndən nəsihət istədikdə nəsihət ver. Asqırıb "Əlhəmdulilləh" (həmd olsun Allaha) deyəndə sən də ona "Yərhəmukəllah" (Allah sənə rəhm etsin) de. Xəstələndikdə ziyarət et. Vəfat etdikdə cənazəsini müşayiət et". (Səhih Muslim "Salam"; 2162, 4023, 5778). Daha ətraflı:
Sizə salam olsun!
"Sələmun aleykum" və "Salam" sözünün izahı barədə