ailə

Ər icazə vermirsə, qadın qan verə bilər?

    08.05.2016
Sual: 
salam aleykum.eger yoldaşim icaze vermirse qAn vere bileremmi?evvelceden cvblandirdiginiz ucun cox sagolun
Cavab: 
Və aleykum Salam. Ər icazə vermirsə, qan vermək düzgün deyil, çünki bu ailədə özbaşınalığa səbəbdir. Ümumiyyətlə zəruriyyət halları istisna olmaqla kişinin icazəsi olmadan qadının evdən çıxaraq başqa yerə getməsi icazəli deyil.

Səkkiz ildir evli olanın kəbini yoxdursa, kəbin kədirməlidirmi?

    06.05.2016
Sual: 
Salam.əvvəlcədən cavaba görə minnətdaram.biz kebin kəstirənde iştirak etmemişik ancaq hər iki tərəfin razilıgı əsasında kəsilib.yəni qaynim aparıb sənətlərimizi verib,kəbinimizi kəsiblər.artiq 8ildi evliyik,2evladımız var.bu düzgündü.əgər deyilse nə etməliyik.
Cavab: 

Və aleykum Salam. Ümumiyyətlə, kəbinin mahiyyəti valideynlərin razılığı və evlilikdə şahidlərin olmasından ibarətdir. Əgər evlilik valideynlərin halallığı və şahidlərin iştirakı ilə olubsa, yeni kəbin kəsdirməyə ehtiyac yoxdur, çünki hamı sizin evliliyinizə şahid olub.

Xoşuma gələn qızla necə tanış ola bilərəm?

    06.05.2016
Sual: 
Salam menim bir qizdan xowum gelir tezelikce gormuwem qizi ama bilmirem qiza nece soz gonderim adinda bilmirem qizin qizi iki defe gormuwem men ne etmeliyem mene komek edin sagolun allah razi olsun sualimi tez bir zamanda cavablandirsaz sevinerem

Övladım olmur deyə səbr edə bilmirəm, nə edim?

    06.05.2016
Sual: 
Salam Aleykum.men namaz qılırdım amma düzgün yox gah qıldım gah yox.indi tamam qılmıram.2ilə yaxındı ailə qurmuşam övladım olmur.Allaha üsyan eliyirem.herden esebleşirem deyirem cehenneme hec olan günü olmasın.amma sonra peşman oluram.Məscidə tək gedib Allaha yalvrib bagişlanmaq dilemek istiyirem.çünki yalnız məsciddə tam səmimi və çox rahat oluram.Mənə məsləhət verin.Mən nə edim?uçurumdayam.sebrim hec qalmiyib.yoldaşımda mene uşaq olmamaga gore pis sözlər deyir,təhqir eliyir dözəmmirəm.axı ciddi problem deyil.yeni uşaq olmaması üçün.
Cavab: 
Və aleykum Salam. Yoldaşınızı başa salmağa çalışın ki, övlad Allahın verdiyi paydır, onu istədiyinə verir, istədiyinə vermir. İstədiyinə də övlad verməyi gecikdirir. Səbr edin və Allahdan ümidinizi üzməyin. Allaha çoxlu dua edin. Həmçinin, oxuyun:

Sevdiyim oğlanla əl-ələ tutduqda qüsl pozulur?

    06.05.2016
Sual: 
salam aleykum menin sevdiyim bir oglan var ve bizim munasibetmz coxgozel davam edir allah qismet ederse aile quracayiq insallah .halhazirda aramizda kebin yoxdur ve biz goruwerken el ele tuturuq bu zaman qusul almaq lazmdirmi.? coxsagolun
Cavab: 
Və aleykum Salam. Sizin bu etdiyiniz düz deyil və nəticədə zinaya gətirə bilər. Həmçinin, toy olana qədər sizin görüşməniz düzgün deyildir. Əl-ələ tutduqda isə qüsl pozulmur. Daha ətraflı: 

Ölən insanın qohumları başqa yerə köçsələr, ölən insanın ruhu bundan inciyir?

    05.05.2016
Sual: 
Aileden biri olenden sora aile uzvuleri kocub harasa getse olenin ruhu inciyirmi ya yox
Cavab: 
Salam aleykum. Bunun ölən insana aidiyyatı yoxdur, çünki o, başqa bir aləmdə - bərzəx (qəbir) aləmindədir. Ölən insanın bu dünyada olanlardan xəbəri olmur. Daha ətraflı: Ölülər bizi eşidirlərmi?

Naməhrəmlə tanış olmaq məqsədilə danışmaq olarmı?

    04.05.2016
Sual: 
Salam Aleykuma bele bir iw gorduyuvuz ucun Allah razi olsun size gelecekde ugurlar arzulayiram.meni maraglandiran sual budu ve xaiw edirem Quran ve Alimlerin sozleriyle cavablandirasiz.Ewitmiwem Namehrem ile tanimag meqsediyle daniwmaq olar?onda ele cixir internetdede daniwmaq olar ?beyem o dovurde internet olub ki camaat bir birini tanisin?eyer olarsada sizden xaiw edirem namehrem ile davraniw qaydalarini bawa salasiz.

Uzun müddət ailəli olan adam rəsmi nigahı olsa da, kəbinsiz olduğuna görə kəbin kəsdirə bilər?

    04.05.2016
Sual: 
Salam.men24 ildi aileliyem resmi nigahla ama dini nigahim yoxdu,isteyrem mescide gedim axunddan xahis edub dini nigah qildirim,bir qebahet olmazki?xahis edirem cavablandirin. cox dusunurem bunu ku gunah qazanmisiq biz

Dünyasını dəyişmiş körpə uşağın qəbrini ziyarət etmək olar?

    04.05.2016
Sual: 
Salam aleykum.sualmi cavablandirdiginiz ucun size onceden tewekkur edirem.uwaqmi dunyaya goturdum usaq qusurlu doguldu ve sora 25 gun yawadi ve sora vefad etdi.bilmey isdirenki men uwagmin ruhuna salavat deye bileremmi?men oyrendim dedilerki o uwaga salavat ve qebrin ziyaret etmek gunahdi bilmek isderdim bu duzdurmu?
Cavab: 
Və aleykum Salam. Allah rəhmət eləsin. Dünyasını dəyişmiş övladınızın qəbrini ziyarət edə bilərsiniz. Buna bir qadağa yoxdur. Həmçinin oxuyun:
Dünyasını dəyişənlərə salavat göndərmək olarmı?

Pages