ailə

Sevdiyim insanın yanıma qayıtması üçün nə dua etmək lazımdır?

    19.05.2016
Sual: 
Men bir neferle sevgili idim 25 yazim var indi ayriyiqq nece edim ne dusi suresin oxusam mene qayidar? Her gunde Allaha dua edirem
Cavab: 

Salam aleykum. Kişinin qadını və qadının da kişini sevməsi qəlb məsləsidir. Siz Uca Allaha dua edin ki, sizə xeyirli olanı nəsib etsin! Bundan əlavə istixarə də edə bilərsiniz. Daha ətraflı: 

Cənnətin, yoxsa Cəhənnəmin əhalisi çox olacaq?

    18.05.2016
Sual: 
Salam sizə bir neçə sualım olacaq: 1) Allahı zikr edərkən və Allaha dua edərkən üzü qibləyə çevirməmək günah sayılır ? 2) Allahı zikr və Allaha dua etməzdən əvvəl mütləq dəstəmaz və qüsl almalıyıq ? 3) Axirət günündə cənnətin yoxsa cəhənnəmin əhalisi çoxluq təşkil edəcək ? 4) İnsanın evlənməkdən imtina etməsi günah sayılır ? 5) İşlərimin yolunda getməməsi Allahın məni imtahan etməsi ilə bağlıdır ? 6) Namaz qılmayan insanın zikrləri, duaları, etdiyi yaxşılıqları qəbul olunurmu ? 7) Böyük və kiçik günahlara nələr daxildir ?
Cavab: 
Və aleykum Salam.
1-2. Zikr və dua edərkən qibləyə çevrilmək, dəstəmaz və ya qüsl almaq vacib deyil, lakin bunlar duanın ədəblərindəndir. Daha ətraflı: Duanın ədəbləri

Atam ruhi xəstə olduğuna görə evlənəndə anamdan icazə ala bilərəmmi?

    17.05.2016
Sual: 
salam atam ruhi xeste oldugu ucun evlenende tekce anamdan icaze alsam olarmi?
Cavab: 

Və aleykum Salam. Əgər atanız ruhi xəstədirsə, onda ata tərəfdən kişi olan bir nəfərə vəlilik təyin edilməlidir. Bu da olmasa ana tərəfdən dayı və digər kişi olan bir nəfər şəxs vəlilik etməlidir.

Zina etdiyim üçün Allah məni bağışlayarmı?

    15.05.2016
Sual: 
Salam eleykum.Menim bele bir sualim vardiki hansini kimese deye bilmirem.Men 17yasim olarken bakireliyimle vidalasdim sevdiyim birisi idi.4il qorusurduk mueyyen sebeblere qore ayrildik.Indi menim sevdiyim biri var onunla cinsi elaqede oldum yalniz o ele sanirki men bakire idim ondan evvel,kebin kesdik,nisan qelen il etmek isteyirik,o ele sanirki namaz qiliram yalniz hazirlasiram helede baslamamisam,tovbe etsem bagislanarammi?O kese haram dusurem?O dunyada o mene qore sorqu suala cekilecekmi?Ne etmeliyemki baqislansin qunahim?Pesimanam.Kimden sorusum ne edeceyimi bilmirem.
Cavab: 
Və aleykum Salam. Ailə qurmadan cinsi əlaqədə olmaq zina sayılır və həlakedici günahdır. Buna səmimi qəlbdən tövbə etməyənlərə şiddətli əzab verilə bilər. Ona görə də, siz bu günahdan tövbə edib namaza başlayın və Allahdan bağışlanma diləyin.

"Gecə vaxtı uşağı bayıra çıxarmazlar" deyimi doğrudurmu?

    14.05.2016
Sual: 
Salameleykum.size sualim ushagi sher vaxti cole cixarmazlar birde yatirmazlar deyirler.bunun islamda esasi varmi?evvelceden teshekkur
Cavab: 

Və aleykum Salam. Bəli, bunun müəyyən dərəcədə dini əsası var. Peyğəm­bər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Gecənin zülməti, yaxud qaranlığı keçincəyə qədər uşaqlarınızı evdən ba­yı­ra burax­mayın. Çünki bu vaxt şey­tanlar hər tərəfə ya­yılırlar".

Uşaqlarını müdafiə etmək üçün Qurana əl basmaq günahdır?

    14.05.2016
Sual: 
Sizden xaisim lutfen suallarimina komek edin cvb tapim Bir qadin usaqlarinin ozunun haqqini teleb etmek ucun hay kuy salirsa qurana el basib ve el basdirirsa bu doqrudumu ailesini sevdiyi ucun evladlarini qorumaq ucun edirse bu gunahmi ya sefmi 2tovbeni nece etmek olar buna xususu sure dua lazmdimi 3er arvadini ve usaqlarini mudafie etmirse ne etmeli? 4namaz qilan biri namazi bir muddet qila bilmirse ve yeniden qilmaq isteyirse ve bundan qorxursa ne etmeli cunki bir omur boyu qilacaqina soz verib 5bir insan gelecekde olan pis hadiseleri bilirse o daxilindeki danisdiqi biri kim seytan ya
Cavab: 
Salam aleykum.

Nə üçün əri zina edən qadınlara səbr etməyi məsləhət görürsünüz?

    08.05.2016
Sual: 
Salam aleykum Əziz qardaşlar,siz niyə kişilərin qadınları üzərində olan bütün haqlarını xırdalıqlarına qədər bildirirsiniz.Amma qadınların haqlarına tam fikir vermirsiniz?Kişinin zina etmiş qadını boşanma haqqı olduğunu iddia edirsiniz.Amma qadınlar sual verəndəki,ərim və yaxud nişanlım zinakardır nə edim?siz srazu deyirsiz ki,"səbr etməlisiniz,bunun sınaq olduğunu düşünməlisiz.Boşanma tələb etmək böyük günahdır.Allah səbəbsiz yerə nigahın pozulmasına qəzəblənir və s."Məgər qadın boşanmaq istərkən ərin zinakar olması ciddi səbəb deyil?Məyər kişi boşanmaq istəyəndə Allah qəzəblənmir?A
Cavab: 

Və aleykum Salam. Biz heç bir sualda qadının zinakar kişidən boşanma haqqı olmadığını deməmişik. Xahiş edirik, belə bir şey olubsa, o sualın linkini bizə göndərin. Əri zina edən qadının boşanması icazəlidir və bu, boşanma üçün ciddi səbəbdir.

Ərim valideynlərimlə əlaqə saxlamağa icazə verməsə, itaət etməliyəmmi?

    08.05.2016
Sual: 
salam aleykum xaiw edirem menim sualima tezlikle cavab veresiniz Allah elminize bereket versin ve sizi xeyirle mukafatlandirsin sualim budur ki qadina eri wert qoysa ki ailenle goruwme deye qadin goruwmemelidirmi ? qadin ise ailesiyle goruwmey isteyir telefonl elaqe qurmaq isteyir .islamda herweyde qayda var ama buna aid hecne tapmadim inweAllah sualimi cavablandirardiniz salam aleykum tekrar Allah razi olsun .
Cavab: 
Və aleykum Salam. Valideynlərlə əlaqə saxlamaq övladların haqqıdır. Ona görə qadına valideynlərini hərdən ziyarət etməsinə və telefonla əlaqə saxlamağa icazə verilməlidir. Tam əlaqə kəsmək düzgün deyildir. Bu, qouhmluq əlaqələrini kəsmək kimidir. Həmçinin, oxuyun: 

Pages