ailə

Əgər kişi kəbini geriyə oxutdurubsa, qadın da kəbini geriyə oxutdurmalıdır?

    30.05.2016
Sual: 
Qadin kebini geri oxutmaqu vacibdir?eger kishi geri oxudubsa qadininda oxutmaqi vacibdir?
Cavab: 
Salam aleykum. Kəbini geri oxutmurlar. Sadəcə ər arvadı boşayanda kəbin qüvvədən düşür. Qadının əlavə bir şey etməsinə ehtiyac yoxdur. Daha ətraflı: Aşağıdakılardan hansı hallarda kəbin pozulmuş sayılır?

Dünyasını dəyişən övladımı Cənnətdə görə bilərəm?

    30.05.2016
Sual: 
Salam menim 2 yasinda oglum dunyasin deyisib men cennetde onu gore bileremmi? indiden cavab ucun cox sagolun
Cavab: 

Və aleykum Salam. Körpə Cənnətə gedir. Siz öz körpənizlə Cənnətdə bir-birinizə qovuşmaq istəyirsinizsə, Allaha şərik qoşmayın, vacib əmrləri yerinə yetirin və haramlardan çəkinin. Ətraflı cavab üçün oxuyun:

Qüsulsuz oruc batil olur?

    30.05.2016
Sual: 
Salam men oruc tuturam axsam boynumda cenabet qusulu var idi səhər durub yuyundum oruc tutdum lakin sonra fikrimden cixdi qusulu verib vermemeyim.bu halda orucum qebuldu
Cavab: 
Və aleykum Salam. Gecə qüsla düşən adamın onun orucuna təsiri yoxdur, çünki qüsl pozulması halı oruc olmayan zaman baş verib. Ona görə də qüslu alıb-almamağınızın yaddan çıxmasının oruca aidiyyatı yoxdur və siz orucu davam edə bilərsiniz.

Dünyada ər-arvad olanlar Cənnətdə də ər-arvad olacaqlar?

    30.05.2016
Sual: 
Maraqlandığım bir sual verəcəm sizə.Paylaşılan sözləri oxuyuram deyilirki -Hurilər Allahın kişilər üçün yaratdığı Cənnət qadınlarıdır-Bəs həyatda ərin arvadı necə olacaq? yəni onlar yenə Cənnətdə ər və arvad olmayacaqlarmı?
Cavab: 
Salam aleykum. Qadının əri də Cənnətə düşübsə onunla birlikdə olacaq. Əks halda möminlərdən biri ilə evləndiriləcək. Uca Allah buyurur: "Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik – ərlərini sevən, həmyaşıdlar".

Ər-arvad arasında olan şeyləri hamıya danışmaq düzgündür?

    27.05.2016
Sual: 
Toy gecesi er arvad arasinda yaxinliq olmayib ve bu uzden ayrilaraq xanim bunu hamiya deyir ne uste ayrldiqlarini bu gunahdir?
Cavab: 
Salam aleykum. Ər-arvad arasında olan şeyləri başqalarına danışmaq dinimizdə qadağandır. Əsma bint Yezid deyir ki, mən Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanındaydım və orada başqa kişi və qadınlar da əyləşmişdilər.

Ərim məni həddən çox qısqanır, nə edə bilərəm?

    26.05.2016
Sual: 
salam... menim 35 yasim var.17 ildir ki,evliyem.bu 17 ilde cekmedigim ezab qalmayib.demek olar ki,her gun doyulmusem,sebeb ise bos qisqancliqdir.her kesden meni qisqanir.hetta oz qardaSI OGLUNDAN BELE,COX VAXT BASQALARI USTUNDE DAVAMIZ OLUB.HEMISE MENDEN SUBHELENIB,USAQLARIMIZIN BELE ONDAN OLMADIGINI DEYIB.MEN NECE DEFE DEDIM KI,GEDEK MESCIDE,QURANA EL BASIM.LAKIN HEMISE BOYUN QACIRMISDIR.BU CEKDIYIM EZIYYETLERIN BEDELI OLACAQ MI?
Cavab: 
Va aleykum Salam.

Üç ildir ailəmdən ayrı yaşayıram, kəbini pozdurmaq üçün nə edim?

    26.05.2016
Sual: 
Salam aleykum . 3il bundan evvel dini nigahla aile qurmuwdum 3 ildi ayri yawiyiriq Indi hemin sexsle kebini pozdurmaq isdiyirem onunda raziliqi yoxdu tek pozdurmaq isdiyirem bu mumkundur ya yox . hemin sexsle bizim aile munasibetimiz 5 gun olub oglanin aileside meni isdemir
Cavab: 
Və aleykum Salam. Əgər siz qanunla boşanmısınızsa və əriniz də o vaxt buna razılıq veribsə, onda kəbin etibarsız sayılır. Beş günlük ailə həyatından sonra qarşılıqlı razılaşaraq boşanmısınızsa, bu halda da kəbin etibarsız sayılır. Daha ətraflı:

Qaynatamla küsülü qalmışam, nə edim?

    25.05.2016
Sual: 
Salam.Men namazlarimi calisiram axsatmayim.Calisiram pis davranmayim hec kime.Adi bir seyin uste qaynatam mene redd ol bu evden deyib.mense hec ne demedim ve getmedim.Yoldasim ve qaynanam onun haqsiz olduguycun meni getmeye qoymadilar.6aydi kusuluyuk.Ureyim cox qirildi.men haqli oldugumcun hec kimi meni barisiga sovq etmir.bilirler ki.pis incimisem.danismiriq amma xestelenende men baxmisam ona.Qeti danismiriq.Bunun gunahi mene ne derecededi? Men ne etmeliyem?
Cavab: 

Və aleykum Salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Asanlaşdırın, çətinləşdirməyin. Rahatlaşdırın (müjdələyin), nifrət oyatmayın". (əl-Buxari, 69). Ola bilsin, bu sizə ağır gələ bilər.

Ailəm məni sevdiyim oğlana vermədi, onun geri qayıtması üçün nə edim?

    21.05.2016
Sual: 
Salam men size bir sual vermel isteyirem bir oglan meni sevirdi.Amma sonra ailem vermedi o da birden bire menden el cekdi meni sevmediyin dedi.Amma tekrar onunla barismaq isteyirem.Ona yazdim yalvardim barismadi.Mene komek edin
Cavab: 
Və aleykum Salam. Ailənizi razı salmamış evlənmək qadağandır. Allaha çox dua edin, çünki insanların qəlbləri Allahın əlindədir. Həmçinin bu işin sizin üçün xeyirli olub-olmaması üçün istixarə namazı da qıla bilərsiniz. Daha ətraflı:

Pages