ailə

Neçə yaşında evlənmək olar və yaşca özündən böyük qızla evlənmək olarmı?

    04.07.2015
Sual: 
SALAM ALRYKUME..neçe yaşında evlənmək olar..?Bidəki.2 sualım özündən böyük qız almaq olarmı?Allah razı olsun
Cavab: 

Aleykum salam. Yetkinlik yaşına çatan hər kəs ailə qura bilər. Yaşca özündən böyük qız almağa qadağa yoxdur. Rəvayətə görə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Xədicə (Allah ondan razı olsun) ilə evlənərkən, peyğəmbərimizin 25, Xədicənin isə 40 yaş var idi.

Cinsi həvəsi artıran preparatlardan istifadə etmək olarmı?

    26.06.2015
Sual: 
Salam.uzur istirem sualima gore .indiki zemaneda cinsi hevesi artiran pereparatlar vardir ve erle arvadin bu derman pereparatlarindan istifade etmesi gunahdirmi?
Cavab: 

Aleykum salam. Sağlamlığa zərər verməmək şərtilə ər-arvad cütlüyü cinsi həvəsi artıran vasitələrdən istifadə edə bilərlər. Təbii vasitələr daha zərərsizdir. Bu vasitər barədə həm İslam alimləri, həm də tibb alimləri ətraflı məlumatlar vermişlər.

Birdən çox zövcəsi olan kişi Cənnətdə hansı ilə evlənəcək?

    24.06.2015
Sual: 
Salam.Sualim beledir eger bir kiwiin heyat yoldawi olubse o 2ci dafa evlenibse cennetde hansi biri ile evlener?
Cavab: 

Aleykum salam. Zövcələrindən hansı cənnətə düşərsə, onunla da evlənəcək. Əgər zövcələrinin hamısı düşərsə, hamısı ilə birlikdə olacaq. Həmçinin oxuyun:
Axirətdə insan öz həyat yoldaşı ilə birlikdə olacaq?

Doğulduqdan 9 gün sonra dünyasını dəyişən uşağa əqiq qurbanı kəsilməlidirmi?

    24.06.2015
Sual: 
salam aleykum ALLAH elminize bereket versin bilmek isterdim ovladim dunyaya geldikden sonra 9 gun balnitsada sariliqdan yatib ve dunyasini deyishibse ona gore eqiq kesmeliyemmi.ALLAH razi olsun salam aleykum va rahmatulla.
Cavab: 

Aleykum salam. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir:  "Bir qulun uşağı öldüyü zaman Allah Təala mələklərinə "Qulumun uşağının ruhunu aldınızmı?" deyə buyurar. Mələklər: "Bəli" deyərlər. Allah Təala: "Qulumun könül meyvəsini qopardınızmı?" buyurar.

Kəbin pozularsa, evlənmək üçün qadını yenidən atasından istəmək lazımdır?

    20.06.2015
Sual: 
kebin pozulmus insan(sozle deyibse seni bosadim) yeniden kebin kesmek ucun gedib atasindan tezelden istemelidir? dul qadin tekdirse bir oglu varsa evlenmek ucun oglunun raziligini almalidir bele halda ozu qerar vere biler?
Cavab: 

Salam aleykum. Ümumiyyətlə bu məsələ (talaq) çox ciddidir və ona məsuliyyətsiz yanaşmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç şey vardır ki, onların ciddi deyilməsi də, zarafatla deyilməsi də ciddi qəbul edilir.

Pages