ailə

Heyz bitdikdən sonra qüsl almamış cinsi əlaqədə olmaq olarmı?

    18.08.2015
Sual: 
Salam aleykum.eger heyz qanı kesilibse qusl almadan cinsi elaqede olmaq günahdırmı.teşekkürler
Cavab: 

Və aleykum salam. Qadın heyzdən təmizlənib heyz qüslü almayana qədər ərinin  onunla yaxınlıq etməsi haramdır. Uca Allah bu xüsusda buyurur: "Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır.

Övladı evləndirərkən Quranla fala baxdırmaq nə dərəcədə doğrudur?

    18.08.2015
Sual: 
salam.elarasinda istixare adlandiraraq qurana baxtiribda uwaqlarini evlendirmek duzdu?mollaya Quran actirib qizla oglanin geleceyi yaxwimi pismi olar deye ve cox adam belece niwanlayir uwaqlarini. Bu ne derecede duzgundur men bilmek iserdim
Cavab: 

Aleykum salam. Bu, ən böyük günahlardandır. Daha ətraflı:
Quranla istixarə etmək barədə
Quran açdırmaqla gələcəyi bilmək olarmı?

Nigahdan öncə oğlanın qarşısına 2-ci zövcə almayacağına dair şərt qoymaq olarmı?

    15.08.2015
Sual: 
salam aleykum evlenmeden once oglandan 2 ci qadinla evlenmeyeceyine soz almaq olar yeni soz versin ki 2ci qadinla evlenmeyecek bele bir soz almaq olar? gunah deyil ki diger sual:o 2ci qadinla evlenerse men onunla yasaya bilmerem yasasam da gerek ayri otaqlada qalaq bele elmek duzgun deyil ?axi onda men ne edim ayrilmaq bosanmaq olar? men yoxsa bir yerde qala bilmerem /bu ikisinden birini elemek mecburuyyetindeyem/onda men ozume eziyyet vermis olaram /onsuzda bu ikisinden birini elmesem de bu evlilik cok surmez inciklik kusluk olar
Cavab: 

Aleykum salam. Bu cür şərt qoymağın haram olduğunu deyən alimlər olsa da, daha səhih görüşə əsasən, qadının nigah zamanı gələcək ərinə ikinci zövcə almayacağına dair şərt qoyması icazəlidir. Əgər kişi bu şərti pozarsa, günah daşıyır və qadının boşanma hüququ var.

Sevdiyim şəxslə telefonla danışa bilərəmmi?

    07.08.2015
Sual: 
Salam .Menim sevdiyim Moskvada oxuyur ve biz aylarla gorusmuruk. Onunla telefon veya mesaj vasitesi ile danismagim gunadirmi? (Daniwarken sehvetlendirecek hec bir sohbet etmirik )
Cavab: 

Aleykum salam. Əgər arada kəbin yoxdursa, hansı niyyətlə sevməyinizdən asılı olmayaraq, bir-birinizə naməhrəmsiniz. Naməhrəmlərlə görüşmək, danışmaq və ya tək qalmaq isə günahdır. Əgər evlənmə niyyətiniz varsa, elçi göndərin. Daha ətraflı:

Qaçırılan qızın valideyni narazıdırsa, əmisi oğlu onun üçün vəli ola bilərmi?

    05.08.2015
Sual: 
qiz qacirilanda valideynin naraziliqi olduqda qizin velisi emisi oqlu ola bilermi kebin merasiminda?
Cavab: 

Salam aleykum. Qızın atası narazıdırsa, heç kim onun üçün vəli ola bilməz, nigahı batildir və zina etmiş sayılır. Həmçinin oxuyun:
Valideynlərin icazəsi olmadan ailə qurmaq olarmı?

Qadın ərə gedərkən öz oğlundan icazə almalıdırmı?

    02.08.2015
Sual: 
kebin ucun ana oz oglundan icaze almalidir yeni oglu evlenmeye razi olmasa ana oglunun raziligini almalidir?
Cavab: 
Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir". (Sunən Əbu Davud; Sunən ət-Tirmizi).

Pages