ailə

Xarici ölkədəki qızla evlənmək məqsədilə zəngləşmək olarmı?

    21.10.2015
Sual: 
Salam aleykum Qardaşlar. Menim tanidiğim bir rus aylesi var. Mənə öz tanidixlari bi dənə rus qız evlenmek üçün təklif eliyibler. Amma qiz rusyadadi. Mene qizin aylesi deyir ki zeng edib birbirizitaniyin. Mende elhemdulillah müselmanam isdemirem ki serietden kenara cixim. Tanisliq ücün zenglesmey yada vatsapda yazismaq caizdi?
Cavab: 

Va aleykum Salam. Əvvəla, evlənmək üçün zəng ilə tanış olmaq bir az qəribə səslənir, amma ümumən hər ikiniz həddi aşmadan, məhrəmlərin iştirakı ilə telefon və ya video zənglər vasitəsi ilə bir-birinizi görüb tanıya bilərsiz.

Atam bizdən küsüb və ayrı yaşayır, nigahda onun razılığını almalıyammı?

    21.10.2015
Sual: 
Salam.Menim Toyum olasidi Atam ise bizden kusuludu ayri yasayir hec menende danismir.Nikahcun Atamdan razilix nece goturey o bizi gormey bele istemir imtina edib bizden.Atam istemiyirki menim istediyim oglanla Aile qurum neyniyim qismetim o imis.hammi razidi birce Atam razi deyl Nikah nece edey biz.?? xahis edirem cavab yazin.onceden tesekur edirem.
Cavab: 

Və aleykum Salam. Nigahda vəlinin razılığı vacibdir. Vəli ilk növbədə qızın atası sayılır. Əgər vəziyyət dediyiniz kimidirsə, onda qardaşınız, yoxdursa əminiz, babanız və s. vəli ola bilər.

Cinsi əlaqədə olduğumuz otaqda namaz qılmaq olarmı?

    20.10.2015
Sual: 
Salam Aleykum, həyat yoldaşı ilə cinsi əlaqədə olduğun yerdə namaz qılmaq olar?həmən xalça üzərində. ümumiyətlə namaz qaldığın otaqda cinsi münasibətdə olmaq nə qədər düzgündür?
Cavab: 

Va aleykum Salam. Bəli, yataq otağında namaz qılmaq olar. Namaz qılınan yerin murdar şeylərə bulaşmamasına fikir vermək lazımdır. Daha ətraflı:
Yataq otağında namaz qılmaq icazəlidirmi?

Hamıdan gizli nigah bağlamaq olarmı?

    20.10.2015
Sual: 
Salam.xahis edirem sualima cavab yazin.sualim beledi...Menim istediyim oglan var 3 il yarimdi bir birimizi sevirik.ayib elemiyin bunu bilmeycun yazdim.biz sevismisik gorusmusukde.amma pesman olmusam men gunaha girmisem biliremki sef is gormusuk.insallah 1 ilden toyumuz olasidi.biz istiyiriki Tobe eliyek.Tobe edib.biz Nikah eliye bilerikmi.?.ikinci sual.biz bu Nikahnan hemiselik yasiya bilerikmi yoxsaki toy ucunde nikah lazimdirmi.?.biz istemiriki nikah elediyimizi kimse bilsin.xahis edirem meni basa salasiz biz indi Nikan elesey Toy vaxti valdeynler yene Nikah eleseler bu nece olacaq.?men nece
Cavab: 

Va aleykum Salam. Əvvəla onu qeyd edək ki, bu vaxta qədər əgər siz onunla şəri kəbin olmadan haram münasibətdə olmusunuzsa, sözsüz ki, bu zinadır. Zina isə böyük günahlardan sayılır.

Əri qadına niqab geyinməməyi əmr edir, qadın ona tabe olmalıdırmı?

    20.10.2015
Sual: 
Salam aleykum,bir bacı ərinin onu cox incitdiyni, gunahı olmadan belə, əri tərəfindən təzyiqə məruz qaldiqini söyləyir, bacı niqabla örtunduynə görə qaynanası, baldızları ondan üz çevirib, buna görə də əri onu döyur, alçaldıcı sözlərlə təhqir edirki, ailəmlə arama nifaq saldin, bacı onu nəqədər islah etməyə çalışsa da uzun zamandı iman gətirməsinə, namaz qılmasına baxmayaraq, islah olmur, aqir söyuşlər söyür,-Uca Allah Kəhf surəsində hər işində həddi aşan kimsəyə itaət etməməyimizi əmredir, bacı belə bir ərə itəet etməklə Allahın (c, c) əmrindən çıxmış olurmu?
Cavab: 

Va aleykum Salam. Niqab geyinmək hicab, namaz, oruc və s. kimi vacib buyurulan əməllərdən deyil. Ona görə də əgər ər xanımından niqabı açmasını tələb edirsə, qadın ona tabe olmalıdır. Tabe olmasa, günah daşıyır.

Bəzi əxlaqsızlar hicab geyinib mömin kimi göründükləri üçün necə ailə quracağımı bilmirəm...

    15.10.2015
Sual: 
Salam aleykum. Çox adamlardan eşitmişəmki bəzi başı açıq qızlar və ya qadınlar özlərini cammata mömin kimi gostərillər amma iç üzləri dəhşətdi. Qısaca pozğun olan qızlar başlarını örtərək özlərini yaxşı cəhətdən göstərillər amma başları bağlı olmağına baxmayaraq zinaya və başqa böyük günahlara davam edillər. Mən haram sevgini heç xoşlamıram. Amma bəzi başı bağlı olanlar haqda belə eşidəndə bilmirəm necə ailə həyatı quracağam. Siz bu haqda nə fikirləşirsiniz?
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İnsanların ən şərlisi, bəzilərinə bir üzlə, bəzilərinə də başqa üzlə gələn iki üzlülərdir".

Kişi qadından narazı yatsa, mələklər onu lənətləyir, bəs qadın kişidən narazı yatsa necə?

    14.10.2015
Sual: 
er zovcesinden narazi halda yatarsa melekler qadini lenetleyer,bes zovce oz erinden narazi yatsa nece
Cavab: 

Salam aleykum. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Nəfsim əlində Olana and olsun ki, kişi qadını yatağına dəvət etdikdə o, imtina edərsə göydə Olan (Allah) əri ondan razı qalana qədər həmin qadına qəzəblənər". (Muslim, 3525).

Pages