ailə

Nihad adını dəyişdirmək lazımdırmı?

    10.11.2015
Sual: 
salam aleykum sizin saytfa oxumuşdum ki, uşaqlara mənası ilan ad qoymaq lazımdır. oğlumun birinin adı Nicat, digərinin adı Nihaddır. nicatın mənası aydındır təbii ki. ama nihadın mənasını bilmirəm. Belə çıxır ki, uşağın adını dəyuşməliyəm? Şəriətə uyğun ad olmalıdır mütləq? Uşağın artıq 4 yaşı var.onu başqa adla çağırsalar , bu uşaq üçün psixoloji olaraq zərər olmaz? salam aleykum
Cavab: 

Va aleykumus-Sələm. Nihad adı fars mənşəli olub, mənası dərindən düşünən deməkdir. Dini baxımdan Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yalnız pis mənalı və günahla əlaqəli adları dəyişdirərdi.

Uşaq olması üçün edilən dua necə edilməlidir?

    09.11.2015
Sual: 
Salam men 7ildir ki aile qurmusam bu muddetde ovladimiz yoxdur namaza baslamisam namazdan sonra nece dua edim ki Uca Allah sesimi esitsin bizi de sevindirsin cox xahis edirem sualimi tezlikle cavablandirasiniz Allah razi olsun
Cavab: 

Va aleykum Salam. Allaha çoxlu dua edin və duaların qəbul olması üçün səbəblərdən istifadə edin. Daha ətraflı:
Övlad duası olurmu?

Ailə münasibəti və cinsi yaxınlıq barədə suallar

    09.11.2015
Sual: 
Salam aleykum.sene bir sual vermek isteyirem.eslinde mene maraqliyi bu kafirlerden,cahillerden gelen adetdi yoxsa islan buna icaze verir kisi oz qadinina(zovcesine,heyat yoldasina) 1.yaninda soyuna bilermi 2.soyunarken ona baxa bilermi 3.ve ya onu soyundura bilermi 4.onnan bir yerde cime bilermi 5.onu cimizdire bilermi 6.o cimende ona baxa bilermi 7.onu qucagina ala bilermi qardas yazdigim suallara qeribe baxma gunumuzde o qeder bidetler ortaya cixib ki adam hansinin heqiqi islam hansinin ise bidet oldugunu anlamaqda cetinlik cekir birdeki 1.anal sex olar 2.oral sex olar olar ve
Cavab: 
Va aleykum Salam. Ər və arvad
  • Bir-birinin yanında soyuna bilər.
  • Bir-birinə baxa bilərlər.
  • Bir-birini soyundura bilərlər.
  • Birlikdə çimə bilərlər. 
  • Çimdikdə bir-birinə baxa bilər.
  • Kişi qadını qucağına ala bilər. 

Uşaqların əməlisaleh övlad olması üçün nə etmək lazımdır?

    09.11.2015
Sual: 
Salam bu gunumuzde meni narahat eden meselelerden biri de usaqlarin dini terbiyesidir nece etmek lazimdir ki usaq nece yasindan baslayaraq islam exlaqi ile boyusun kamillesib emelisaleh ovlad olsun evvelden tesekur edirem sag olun Allah razi olsun
Cavab: 

Və aleykum Salam. Uşağın imanlı və təqvalı olması üçün ilk növbədə valideynlər özləri Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək ona nümunə olmalı, ona Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduğu kimi tərbiyə verməlidirlər.

Süd bacı-qardaşlığı necə olur və qız öz süd qardaşının yanında hicabını aça bilərmi?

    31.10.2015
Sual: 
salam aleykum bilmek isterdim sud qardashi nece olur ve eyer qizla oqlan sud qardash bacisidilarsa qiz onun yaninda bashini aca bilermi?
Cavab: 

Va aleykumus-Sələm. Eyni qadından 5 dəfə və ya daha artıq doyunca süd əmən uşaqların hamısı süd bacı-qardaşları sayılırlar. Onlar bir-birilərinə məhrəmdirlər və evlənə bilməzlər.

Pages