ailə

Ailə ilə bağlı suallara niyə kişilərin xeyrinə cavab verilir?

    14.10.2015
Sual: 
Assalamu aleykum va rahmatullah.Burda suallara cavab veren kimdir? Elm ehlidirse xahish edirem sualima cavab verin.Ailede zovce ile problemleri olduqda qardashlar size yeni elm ehline muraciet dir.belede olmalidi.men buna etiraz etmirem ama cox zaman onlar birterefli qerar verirler kishiye esaslanib onun dediyini ustun gotururler bes qadin bu meselede hec o yada dushmur.o ne cekir deye. Qerar verende zehmet olmasa qadinida dinleyin sonra qardashin terefini tutun.
Cavab: 

Aleykum salam və rahmətullah. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yolunu gedən və bidətdən uzaq olan əsl elm əhli, alimlər, elm tələbələri kişilərin xeyrinə yox, şəriət kimin tərəfindədirsə, onun xeyrinə cavab verirlər.

Əli ibn Əbu Talibin Fatimə vəfat edənədək ikinci dəfə evlənməməsinin səbəbi nə olub?

    14.10.2015
Sual: 
Əs-Sələmu aleykum va rahmətullah.İnsanlara çox evliliyə pis baxmiram, baxa bilmerem, cunki Peygemberimiz sallallahu aleyhi və səlləm'də pis baxmiyib eksine destekliyib, dedikde,mene Peygemberimiz sallallahu aleyhi va salləm Xədicə anamizin dovrunde ikinci defe evlenmiyib deyirler, ve Əli radiyallahu anhu'ile Fatimə radiyallahu anhə'ni misal cekirlerki, Əli radiyallahu anhu ikinci defe evlenmek istedikde Fatimə radiyallahu anhə narazi olub, ve peyğəmbər sallallahu aleyhi va salləm, Fatiməni incidən məni incidər yə Əli, deyib.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.

Anamla barışmaq istəyirəm, lakin mənimlə yenidən pis davranacağından qorxuram...

    05.10.2015
Sual: 
Assələm aleyum.Mən neçə illərdi iskamdayam 2 ildi qapanmışam əvvəllər təzə təzə qapananda biraz rəngli örtük yubka kofta geyindim amma qışdan baş ayaq təsəttürə sunnəyə uyğun bir rəng sini yada qara geyinirəm.Mamam buna görə yola gedmir mənimlə.sehrlə xəstələndim və anam anlayış göstərmədi mənimlə dəli uada lazımsız biri kimi davrandı üstəlik yoldaşımada bu dəlidi başının çarəsinə bax bunnan sənə arvad olmaz.bunun qara geyinən bacıları bunu döndərib filən.Yoldaşımda Əlhamdulilləh islamdadı.Anama mən ailəmdən razıyam dedi.Qonşularının drdi qodusu Bizə vahabi deməyi onu bizim üsdümüzə daha düzge
Cavab: 

Aleykum salam. Allaha dua edirik ki, sizə səbr versin, dini yaşamağı, onun razılığını qazandıran əməllər etməyi sizin üçün asanlaşdırsın, sizi və ailənizi şeytanın fitnəsindən qorusun.

Oğlanın qızı atıb getməsi kəbini pozurmu?

    03.10.2015
Sual: 
herimiz oldu oglan gedib kebin cesdirib ikimizcun men getmemisem ama. Aramizda da hecne olmayib 25 gunden sonra dediki men seni istemirem xasiyyetimiz uygun deyil ayriliram senden sonra daha telefonlarima cvb vermedi atdi meni. Cox xahis edirem bu kebin pozulurmu bu halda ?????
Cavab: 

Salam aleykum. Bu halda kəbin pozulmuş sayılır. Sizin aranızda həqiqi kəbin olubmu? Kəbində qadının razılığı vacibdir. Özü iştirak etməyə bilər, amma onun vəlisi (atası, həyatda olmasa qardaşı, babası və s.) mütləq iştirak etməli və razı olmalıdır.

Ərim öləndən sonra yad qadınlarla danışdığını bilmişəm, ona haqqımı halal etməyə bilərəmmi?

    17.09.2015
Sual: 
Salam menim heyat yoldasim rehmete gedende ureyimde dedim ki haqqin halal olsun. Hetta olumunden 1-2 gun evvel QURAN kitabi hec neden skafin basindan yere dusdu, bilirdim ki nese pis bir sey olacaq ve oldu. Aradan bir muddet kecdikden sonra FB parolunu tam tesaduf neticesinde tapdim, hesabi acanda basa dusdum ki bu coxlu qizlarla danisirmis, hem isde, hem evde. Indi artiq ona qarsi hec bir isteyim yoxdu. Haqqimi da halal etmek istemirem. Haqqi halal etmek nece olur? Eger 1 defe dedinse daha qebul olur?
Cavab: 

Aleykum salam. Haqq sahibi sizsiniz və istəsəniz haqqınızı halal etməyə bilərsiniz. O, naməhrəm qadınlarla danışaraq həm günah edib, həm də sizi aldadıb, xəyanət edərək sizin haqqınıza girib. Qiyamət günü hər kəs öz haqqını alacaq.

Peyğəmbərin Aişə ilə 9 yaşında ailə qurması məsələsi doğrudur?

    17.09.2015
Sual: 
Salam Aleykum Və Rəhmətullah. Səhih Buxari Və Səhih Müslimdə Aişə anamızın (r.a) 9 yaşında peyğəmbərimizlə (s.a.s) ailə həyatı qurduğu haqqında hədis var. Bu səhihdirmi? Nə dərəcədə düzdür bu? Yaşlı bir kişinin - özüdə peyğəmbərimizin 9 yaşında uşaqla ailə qurması düz deyil axı
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) Aişə ilə (Allah ondan razı olsun) 9 yaşında evlənməsi doğrudur. Bu barədə səhih hədis kitablarında Aişənin özünün nəql etdiyi hədislər var.

Pages