ailə
Evli ola-ola başqası ilə görüşmək
Va aleykum Salam. Bəli, bu böyük günahlardandır. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32).
İslamda iki dəfə evlənmək icazəsi varmı?
Aleykum salam. Bəli, var. Uca Allah buyurur: "Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin.
Qaynanam namaz qılmağa qoymur
Ərim və qaynanam namaz qılmağa qoymurlar...
Qaynanamla yola getmirəm, nə edim?
Nişanlının öpməsi və qüsul
Aleykum salam. Nişanlı olmaq, bu hələ nigah demək deyil. Nigahda olmayanlar naməhrəm sayılır və onların bir-birini öpməsi haramdır. Qüsula gəldikdə isə, bu zaman qüsul pozulmur.
Su olmadıqda hər namazda təyəmmüm almaq vacibdir?
Aleykum salam. Dəstəmazı pozan amillər təyəmmümü də pozur. Bu səbəbdən, həmin amillər baş verməyibsə, hər namazda yenidən təyəmmüm almağa ehtiyac yoxdur. Lakin nəzərə alın ki, su və şərait olduqda, mütləq qüsul alınmalıdır.
Günah etdikdə namaz qəbul olunur?
Aleykum salam. Əsəbiləşmək namazı pozmur. Qəzəb hissi əksər hallarda şeytandan törənir. Belə olan halda dəstəmaz alıb namaz qılmaq ən gözəl əlac hesab olunur. Rəvayət edildiyinə görə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) rahatsız olanda namaz qılmağa üz tutardı.
Ailəli oldunsa, hər dəfə qüsl almaq vacibdirmi?
Aleykum salam. Ailəli olmağın hər dəfə qüsl almaqla heç bir əlaqəsi yoxdur. Sadəcə ailəli insanlar cinsi əlaqədən sonra namaz qılmaq üçün kişi və ya qadın fərqi yoxdur, ikisi də qüsl almalıdır. Qüsl etmədən namaz qılmaq batildir. Lakin xəstəlik və soyuq hava səbəbi ilə təyəmmüm almaq olar.
Evli olduğu halda zina edənin namaz qılması düzgündürmü?
Aleykum salam. Evli ola-ola zina etmək böyük günahlardan sayılır. Namaz qılmaq isə hər bir müsəlmana fərzdir. Uca Allah Qurani Kərimdə belə buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl!
Hər dəfə qüsul almaq vacibdir?
Aleykum salam. Əgər qüsl pozulubsa, qüsl almaq vacibdir. Lakin xəstəlik və soyuq hava səbəbi ilə təyəmmüm almaq olar.