Arvadı hicab bağlamayan kişi dəyyus sayılırmı?
Sual:
As'Salamu Aleykum, zovcesi hicabsiz olan kes deyyus sayilir mi? Umumiyyetle deyyus kimlerdir?
Cavab:
Və aleykum Salam. Ağlı başında olan və həddi-büluğa çatmış müsəlman qadının hicab bağlamaması böyük günah olsa da, bu, həmin qadının atası, qardaşı və ya ərinin dəyyus olması demək deyil, çünki dəyyus ailəsinin qeyrətini çəkməyib, onların qayğısına qalmayan bir kəsə deyilir.