Təzə evə köçəndə ilk olaraq nə aparmaq lazımdır?
Va aleykum salam. Təzə evə köçərkən ilk olaraq nəsə aparmaq haqda şəriətimizdə heç bir buyruq bildirilməmişdir. Təzə evə köçən insan bu nemətə görə ilk növbədə Uca Allaha şükür etməlidir. Bu şükrü həm qəlb, dil, həm də əməl ilə yerinə yetirməlidir.