böyük günahlar

İnsan çəkindiyi günah əməllərə görə savab qazanırmı?

    25.01.2024
Sual: 
Salam. İnsan bu dünyada etmədiyi günahlara görə savab qazanırmı ? Məsələn, içki içmir, siqaret çəkmir, qumar oynamır, zina etmir, yalan danışmır və s. Bunlara görə savab qazanırmı ?
Cavab: 

Və aleykum Salam. Sözsüz ki, insan bu dünyada Allahdan qorxduğu üçün, yəni Uca Allah haram etdiyi üçün tərk etdiyi hər bir günah əmələ görə savab qazanır. Niyyət əməllərə görə savab qazanmaqda əsas rol oynayır.

Saqqal saxlamaq istəyirəm, amma yaraşmaz deye qorxuram...

    23.01.2024
Sual: 
Salam Aleykum. Saqqal saxlamaq istəyirəm . Amma yaraşmaz deye qorxuram. Yəni qaşıntı olur.Hemde məni yaşlı göstərir. Etrafin meni istehza etmesinden cekinkrem
Cavab: 

Və aleykum Salam. Saqqal saxlamaq Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmridir. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vacib buyurduğu əmrləri yerinə yetirəndə savab, etmədikdə isə günah qazanırıq.

Ailəsindən ayrı qalan hisslərinə hakim ola bilməzsə istimna edə bilərmi?

    15.12.2023
Sual: 
Salam olsun hamiya. Urz isteyirem evvela ailemden aylarla ayri qaldigim ucun hisslerimi ehtirasimi toparlaya bilmirem. Mecburen oz ozume bosaliram. Lakin, bezi alimler şehvetin çox yüksek olması ve buna sebir etmeyin mümkün olmadığı zaman bunu icazeli saymşlar. Yeni ozumden asilli olmayaraq beynime gelir ve ozumu toparliya bilmirem. Yeni bunu çetin seraitde etmek olarmi ? Çalisdim oruc tutum onuda bacarmadim.

Restoranda içki daşıyan kəs tövbə etsə kimdənsə halallıq almalıdırmı?

    08.12.2023
Sual: 
Əssalamu əleykə və rəhmətullahi və bərəkətuhu. Mən bu sualın cavabı bilirəm, hətta bunu Uca Allah üçün tərk etsəm, mütləq daha xeyirlidini taparam lakin bu sualı vermək istiyirəm, Mən Ofsiant olaraq Restoranda İşdiyirəm, lakin "İçki" daşıyıram, bu böyük günahdır bilirəm, bu işdə kiminsə hakkına girib hallallıq almaq məcburiyyətindəyəm? Yoxsa bu sadəcə günahdır? Düzdü günahı kiçilitmirəm,Hətta namazda qılıram. Quran örgənməyədə gedirəm, amma yol pulu çıxarmaq üçün ofsiant işləyirəm, Mən indi nə edim? Allah mənnən üz çevirər mi buna görə?
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Restoranda içki daşımaq böyük günahdır, bu günaha görə tövbə edin və içki satılan restoranlarda işləməyin. Tövbə etdikdən sonra kimdənsə halallıq almağa ehtiyac yoxdur. Çünki bu günahda heç bir qul haqqı oxdur. Ətraflı oxuyun:

Necə edim ki, nəfsi istəklərimə uymayım?

    21.10.2023
Sual: 
Salam .Mən birdəfə nəfsimə uduzdum .sonra isə çox peşman oldum və tövbə edib namaza başladım .indi isə yenə ağlıma etdiyim o səhvlər gəlir .sanki yenə nəfsimə uduzacaqmisam kimidi .mən necə edə bilərəm ki nəfsimə uduzmayım,o insanı ağlimdan birdəfəlik çixarmaq istəyirəm.

Naməhrəm kişinin zarafatına gülmək zina sayılırmı?

    15.10.2023
Sual: 
Salam mənim bir sualım var naməhrəmin zarafatına təbəssüm etmək zinamıdır
Cavab: 

Və aleykum Salam. Müsəlman qadın zərurət olmadan naməhrəm kişilərlə ünisyyət qurmaqdan, onlarla əzilib-büzülərək danışmaqdan, habelə onların zarafatına gülməkdən çəkinməlidir. Qadına zərurət olmadan naməhrəm kişilərlə danışmağı günahdırsa, naməhrəmin zarafatına gülmək daha böyük günahdır.

Pages