böyük günahlar

Zina etdiyin qadınla evlənmək günahın təmizlənməsi üçün kifayət edirmi?

    03.01.2023
Sual: 
Salam uzur isteyirem sualima gore evlenmemisden qabaq elaqede olub sora hemin insanla evliliy bu gunahi temizleyirmi? Yoxsa gunah olaraq qalirmi bu gunahin temizlenmesi ucun evliliy kifayet edirmi?
Cavab: 

Va aleykum Salam. Zina etmək böyük günahlardan olub qəbir əzabına və Cəhənnəm əzabına aparır. Zina edənlərin evlənməsi onlar üçün bu günaha kəffarə sayılmır.

Qız əvvəl etdiyi günahları evlənəcəyi adama bildirməlidirmi?

    03.01.2023
Sual: 
Salam cox uzur istyerek sualmi verirem.:( Menim heyatimda 6-7 sevglm coxsu 1 ay muddetinde olb . Aramda hecne olmyab. Ama biri ile 19_20yaslarimda 20 yaslarmda biraz yaxinliqim olub:( 3 ilede ozel sohbet edb ozel sekiller videolar atmisam. Hergun aglamagdan tagatem galmayb Allaha tovbe eledim hergunde gunahmin bagslanmasi ucun yalvairiram. Men evleceym insana bunlari dansimaliyam?danissam terk edecek pis gorecek demesem vicdan ezabndan olecem ne edm evleceeym adama bu barede danisim ustu ortulude olsa yalan dansmagi sevmirem:( Xahis komek edin
Cavab: 

Va aleykum Salam. Keçmişdə etdiyiniz günahlardan səmimi tövbə etməli, xeyirli əməlləri çoxaltmalı və bu günahları hər kəsdən gizlətməlisiniz. Bu cavabları oxuyun:

Siğə etdirməklə qurulmuş ailənin hökmü nədir?

    13.11.2022
Sual: 
salam aleykum .laqeyd əri olan bir xanım subay bir oğlanla yaxınlığ etmişdir.bir müddət sonra əri ilə boşanmış və tövbə etmişdir.sonra həmin subay oğlan ilə müvəqqəti nigahla siğə etmişlər ailə kimi yaşayırlar.xanımın əvəllki ərindən 3uşağı da var hazırda onlarla birlikdə yaşayırlar.bu ailənin hökmü nədir ? xaiş edirəm cavablandırın təşəkkürlər
Cavab: 

Va aleykum Salam. Cavab olaraq bildiririk ki, bu nikah doğru deyil və bu cütlüyün bir yerdə yaşaması zina sayılır. Çünki dinimizdə müvəqqəti nikah haramdır.

Qohumunun pis yolda olduğunu zənn edən bunu onun valideynlərinə bildirməlidirmi?

    03.11.2022
Sual: 
Menim dayimqizi mene ele gelir ki,pis yoldadir,onu valideynlerine demeye qorxuram,ne edim bilmirem, dayımi gorende utanıram, zehmet olmasa meslehet veresiniz,Allah hamiya kömek olsun Amin!
Cavab: 

Əssələmu aleykum. Sualda "pis yol" dedikdə nəyi nəzərdə tutduğunuz aydın olmadığı üçün sualınız tam cavab verə bilmərik. Əgər zina etdiyini nəzərdə tutursunuzsa, bilməlisiniz ki, bir kəsi zinada ittiham etmək çox ağır və məsuliyyətli məsələdir.

Novruz şirniyyatlarının bişirilməsində evdəkilərə yardım etmək olarmı?

    02.11.2022
Sual: 
Salam aleykum. Novruz şirniyyatınım bişirilmesinde evdekilere komek etmk olarmı?( etmdikde soz sohbet yaranır)(olar ve ya olmaz deye konkret cavab yazmaginiz xahis olunur)
Cavab: 

Va aleykum Salam. Xeyr, olmaz. Çünki siz bu əməllə qeyri-müsəlmanlara məxsus batil bayramın keçirilməsinə yardım etmiş və günah qazanmış olursunuz. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin.

Evli qadın sevdiyi naməhrəm kişi barədə xəyallar qurması günahdırmı?

    02.11.2022
Sual: 
Salam evliyem namaz qiliram ama hicabliyam ama ureyimle bacara bimirem bir evli namaz qilan insanla bir birimizi sevirik ama sadece yazisma ile hisler yasamisiq ve bir tek de elimi tutub severek caresizlikden bele hisler yasayiriq uzaqdan ama esla aramizda daha yaxinliq olmayib yaxinliqimiz sadece xeyalda his etmisik ve birce defe de elimi tutub men de istemisem tutmaqi bu zinami sayilir ailemizden ayrilmaq fikirimiz yoxdu zerer vermirik ailemize sadece cox baqlandiqimiz ucun bele yollarla ureyimizi sakitlesdiririk bu zinasayilirmi yani virtual olaraq yasamaq bir birimizle sadece xeyallarla ra
Cavab: 

Va aleykum Salam. Ailəli qadının naməhrəm bir kişinin əlindən tutması, onu xəyal etməsi haramdır və bunlar zinaya aparan əməllərdir. Həmçinin kişinin də naməhrəm evli qadınla eşq yaşaması və ona toxunması haramdır. Buna görə həm qadın, həm də kişi tövbə etməli və dərhal əlaqələri kəsməlidirlər.

Pages