böyük günahlar
Oğlanla qız rəqs edə bilərmi?
Va aleykum Salam. Bu cavabı oxuyun:
"Namaz qılan şəxs musiqiyə qulaq asaraq onun sədaları altında rəqs edə bilərmi?"
Namaz qılmayan insan oğurluq və zina edənlə eyni dərəcədə günah etmiş sayılırmı?
Va aleykum Salam. Namaz qılmaq Uca Allahın insanlar üzərində olan bir haqqıdır. Çünki Uca Allah insanı məhz Ona ibadət etmək üçün yaratmışdır. Yaradılışın əsas qayəsi də elə budur.
Zina etdiyin qadınla evlənmək günahın təmizlənməsi üçün kifayət edirmi?
Va aleykum Salam. Zina etmək böyük günahlardan olub qəbir əzabına və Cəhənnəm əzabına aparır. Zina edənlərin evlənməsi onlar üçün bu günaha kəffarə sayılmır.
Qız əvvəl etdiyi günahları evlənəcəyi adama bildirməlidirmi?
Va aleykum Salam. Keçmişdə etdiyiniz günahlardan səmimi tövbə etməli, xeyirli əməlləri çoxaltmalı və bu günahları hər kəsdən gizlətməlisiniz. Bu cavabları oxuyun:
İnsanın öz ailəsini söyməsi günahdırmı?
Va aleykum Salam. Söyüş söymək, dava-dalaş salmaq günahdır. Xüsusən də insanın öz ailəsini söyməsi daha böyük günah sayılır. Ətraflı bu cavabları oxuyun:
Siğə etdirməklə qurulmuş ailənin hökmü nədir?
Va aleykum Salam. Cavab olaraq bildiririk ki, bu nikah doğru deyil və bu cütlüyün bir yerdə yaşaması zina sayılır. Çünki dinimizdə müvəqqəti nikah haramdır.
Söz verib əməl etməmək günah sayılırmı?
Va aleykum Salam. Söz verib əməl etməmək münafiqlərə xas olan bir sifətdir və bu sifətdən çəkinmək lazımdır. Uca Allah buyurur: "Əhdə vəfa edin.
Qohumunun pis yolda olduğunu zənn edən bunu onun valideynlərinə bildirməlidirmi?
Əssələmu aleykum. Sualda "pis yol" dedikdə nəyi nəzərdə tutduğunuz aydın olmadığı üçün sualınız tam cavab verə bilmərik. Əgər zina etdiyini nəzərdə tutursunuzsa, bilməlisiniz ki, bir kəsi zinada ittiham etmək çox ağır və məsuliyyətli məsələdir.
Novruz şirniyyatlarının bişirilməsində evdəkilərə yardım etmək olarmı?
Va aleykum Salam. Xeyr, olmaz. Çünki siz bu əməllə qeyri-müsəlmanlara məxsus batil bayramın keçirilməsinə yardım etmiş və günah qazanmış olursunuz. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin.