böyük günahlar

Valideynə söz qaytarmaq olarmı?

    11.08.2023
Sual: 
Salam. Necəsəz? Allah köməyiz olsun ki,marifləndirirsiz. Sualım budur ki,atam xasiyətcə acıdır. Yəni çox kobud davranır həm bizlə, həmdə üohum əqraba ilə. Amma zəhmətkeşdir çalışır. Korluq vermir.Amma bir növ edir,ama sonra elədiyin burundan tökür. Oğlu olaraq kobudluğuna əsəbləşirəm. Nə qədər deyirəm ki,kobud olma,çoxda xətirlərə dəymə. Yəni bəzən olur ki, dözə bilməyib cavab qaytarram. Sonra deyirəm ki, böyükdü çalışır. Cavab qaytarmaq düz deyil. Ama ki, day əsəbləşib bilmək olmur neyneyəsən. Siz nə məsləhət görərdiz? Yəni neynəmək olar? Cavab qaytarmaq düz deyil.
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!

İnsana qismən rahatlıq verən musiqiyə qulaq asmaq olarmı?

    11.08.2023
Sual: 
Salam, her vaxtınız xeyir, deyerli yoldaşlar.İki sualım olacaq. Birincisi musiqi ile bağlıdır, men bir ara musiqiye hedsiz bağlı idim, sonra İslamda musiqi ile bağlı esaslı qadağaları öyrendim, insan yalnız Allahı anmaqla rahatlıq tapar fikri ile razıyam,İslam insana her cür enerji veren musiqileri qadağan edir, bezi musiqiler var dinleyende meni menfiye ya müsbete çekmir, sadece qismen rahatlıq verir, bunlar da haramdırmı? Diger sualım ise Qurandan elave dinimizin tarixini,haram,halal buyurduğu şeyleri,dinin derinliklerini, din barede her şeyi öyrenmek üçün hansı menbelere müraciet ede bile
Cavab: 

Və aleykum Salam. 

1) Bu cavabı oxuyun:

Musiqi xoş təsir bağışladığı halda ona qulaq asmaq niyə haramdır?

2) Bu cavabı oxuyun:

Yuxuda cunub olmamaq üçün masturbasiya etmək olarmı?

    06.08.2023
Sual: 
Masturbasiya etmədiydə 4 və ya 5 gün sonra yuxuda boşalma yaşayıram və mənim bunun qarşısın almağ üçün masturbasiya etməyim günahdırmı? Əgər günahdırsa, necə edimki yuxuda boşalma olmasın yəni qarşısın necə ala bilərəm İndidən çox sağolun cavab üçün
Cavab: 

Əssələmu aleykum. Masturbasiya etmək günahdır. Yuxuda öz-özünə boşalmaq isə qeyri-ixtiyari olduğuna görə günah sayılmır. Odur ki günah etməklə günah olmayan bir işin qarşısını almaq düzgün deyil. Ətraflı oxuyun:

Həkim subay adama səhhəti ilə əlaqəli cinsi əlaqədə olmağı tövsiyə edirsə, nə etməlidir?

    14.07.2023
Sual: 
Salam, rica edirem sualımı cavabsız qoymayasınız. Zinaya tövbeliyem, neçe ildi uzaqam. Amma indi sehetimde ciddi problemler yaşanır hekimler cinsi elaqede olmağımı vacib buyurur. Men ne ede bilerem indiki durumumda ? Lütfen cavablandırın
Cavab: 

Va aleykum Salam. Belə çətin durumlara düşməmək üçün və sağlamlıqda fəsad yaranmaması üçün Dinimiz evlənmək yaşına çatan gənclərə evlənməyi tövsiyə etmişdir. Odur ki, belə halda sizə yalnız imkan daxilində tez evlənməyi tövsiyə edə bilərik. Həmçinin oxuyun:

Oruc tutmağa qadir olmayan subay özünü zinadan necə qorusun?

    12.07.2023
Sual: 
Salam Aleykum,hər vaxtınız xeyr.Sizden bir söz soruşum.Biz bilirikki islam dininə əsasən zina elemekdi istimna elemekdi və s...,emeller günahdı.Ve hedislerdən revayet olunub islam peygemberi Muhammed(s.a.v.s) buyurubki aile qurun eger imkan yoxdursa Allah sizi öz lütfü ile varlandırlana qeder öz ismetlerini qorusunlar,ve oruc tutmagıda meslehet görmüşdü.Sualım ondan ibaretdiki eger bir insanın maddi cehetden imkanı zeifdi aile qurmaga ve o adam oruc tuta bilmir hansısa xestelik ile baglı onda hemin insan nece öz cinsi telebatını yerine yetire biler?
Cavab: 

Va aleykum Salam. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) evlənməyə imkanı olmayan kəslərə oruc tutmağı tövsiyə etmişdir. Çünki oruc tutan insan gözlərini, qulaqqlarını və dilini haramlardan qoruyur. Həmçinin həmin adamın cinsi tələbatı azalır.

Dində mazoxizm icazəlidirmi?

    11.07.2023
Sual: 
Salam bilmək istərdim.ər ilə arvad arasındaki cinsi əlaqə zamanı bir birlərinə əziyyət(sado-mazoxizm)verərək həzz alırlasa bu haramdır yoxsa halal ?
Cavab: 

Va aleykum Salam. Mazoxizam - psixoloji xəstəlik növlərindən biridir. Digər xəstəliklər kimi bu xəstəlik də müalicə olunmalıdır. Cinsi yaxınlıq zamanı belə şeylər etmək doğru deyil. Ətraflı oxuyun:

Namaz qilmayan bir insan Peyğəmbərə salavat deməklə savab qazanırmı?

    09.07.2023
Sual: 
Salam Aleykum.Namaz qilmayan biri peyğembere salavat demeyinin faydasi varmi?
Cavab: 

Va aleykum Salam. Namaz qılmamaq çox böyük günahlardan biridir, lakin namazın qılınmasının vacib olduğunu bilən və səhlənkarlıqdan qılmayan insan namaz qılmasa da, bu böyük günahı etsə də müsəlman sayılır.

Pages