Bir qadın gəlinimizi ələ alaraq ailəmizi dağıtmaq istəyir...
Sual:
Hər kəsə salamlar.Qardaşımın ailəsinə bir qadın müdaxiləsi var.Artıq 2 ildir ki, onu ətrafımızdan uzaqlaşdıra bilmirik.Artıq ailədə hər kəs bütün yaxınlarımız bununla mübarızə aparır.Səbəb isə gəlinimizin ona hər kəsdən daha çox önəm verməsidi.Hər dəfə o qardaşım haqqında dediyi uydurmalara gəlinimizi inandıraraq onu günü gündən qardaşımdan uzaqlaşdırmaya çalışan bu qadın nə istədiyini heç kəs anlamır. Sanki qısqanclıq hissi kimi yanaşaraq o qızı bizdən almaq istəyir.
Cavab:
Və aleykum Salam. Ailə dağıtmağa çalışmaq şeytan işidir və ən böyük günahlardandır. Uca Allah buyurur: "...şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular.