İş yoldaşım məni ələ salır, nə edim?
Sual:
Salam aleykum. Mən dövlət işində işləyirəm.çalışıram ibadətlərumi vaxtlı vaxtında yerinə yetirim. İşdə cahil bir iş yoldaşım mənə ləqəb qoyub.İşid ləqəbi. Neçə dəfələrlə demişəm ki mənə elə demə. Deyir sənə ancaq bu ad yaraşır. çox əsəbləşirəm.başqalarının da yanında deyir. O birilər də gülür. Pis təsir edir mənə bu cahilıərin hərəkəti. Demişəm mənlə danışma. Yenə də danışır öz bildiyini eliyir. Bunlarla necə rəftar eləyim? Nə eləyim? Allah razı olsun sizdən.
Cavab:
Və aleykum Salam. Bu barədə müdiriyyətə şikayət edə bilərsiniz ki, otağınızı dəyişdirsin. Lakin, bu məsələnin böyüməsinə səbəb olarsa, səbir edib Allaha dua edin ki, sizi belə insanlardan qorusun. Həmin insanı xəbərdar edin ki, Uca Allahın əmrlərinə istehza etmək insanı dindən çıxara bilər.