namaz

Zöhr namazını gün batana qədər gecikdirmək olarmı?

    08.11.2017
Sual: 
Salam. Zohr namazini gun batana qeder qilmaq mumkundur? ve yaxud Sam namazini gece yarisina qeder qilmaq olar? bes Azan neye gore 3 defe oxunur?
Cavab: 
Və aleykum Salam. Zöhr namazını günbatana qədər gecikdirmək olmaz. Zöhr namazını yalnız səfər, xəstəlik və digər zəruri hallarda Əsr namazının vaxtı ilə birləşdirərək Əsr namazı ilə birlikdə qılmaq olar.

Bulaşmış xalçanı nə qədər silsəm də, ürəyimə yatmır?

    08.11.2017
Sual: 
Evde Namaz qilirig ama 1yawli korpe usagda var melum meseledir sidik deyir eve duzdu temizleyirem sidik deyen yerleri xalcani silirem tez tez ama yene de ureyime yatmir evin pak olmasi ucun ayri nese ede bilerem??
Cavab: 

Salam aleykum. İslam şəriətinə görə əgər yerə və ya paltara düşən sidik, yaxud nəcis artıq quruyubsa, murdar hesab olunmur. Həmçinin, bilmək lazımdır ki, Uca Allah bizim üçün dini asanlaşdıraraq hər bir məsələdə bacardığımız qədər əməl etməyi buyurur.

Maşın yağı dəyən paltarda namaz qılmaq olarmı?

    06.11.2017
Sual: 
salamaleykum əvvəlcədən cox sagolun ki bele bir sayt acmısınız. avtomobil təmirində işdiyirəm və bu işdə elədiki paltarivi ne qeder təmiz saxlasanda yenede cirklenir.İşde paltar çirkli (paltarin yağ olması) olduğu halda namaz qilmaq günahdı?
Cavab: 
Va aleykum Salam. Bədən və paltar nəcasətə bulaşmadıqca kirli bədənlə və ya paltrala dəstəmaz alıb namaz qılmaq olar. Yağ ləkəsi murdar deyil və bu paltarda namaz qılmaq icazəlidir. Həmçinin oxuyun:

Əbu Ləhəb kimdir?

    05.11.2017
Sual: 
Salam menim size3 sualim varda cavablandrsaz sevnerem. 1 Əbu ləhəb kimdi?nie onun elleri qurusun?arvadininda? 2 men gece namazina qalxarken balaca qardasmda yanmda dayanr desdamaz alib menim elediklerimi tekrar edir ama bele gun 5 vaxd namazin gilmir . Bele elemey ona gunah olmaz ki?? Birdefe isdfade olunmayan mescide gedmeyin savabi varmi? Gedirsen adam cox rahatlayr imani artir ama mescid isdfade olunmur. Cox saqolun
Cavab: 

Sübh namazına yatıb qaldıqda duran kimi qəzasını qılmaq doğrudurmu?

    28.10.2017
Sual: 
Salam.men iki aydi namaz qiliram bu gun ilk defedirki subh namazina qalxa bilmemişem yatib qalmisam ama yenede qeza olaraq qildim gec idi gunes cixmisdi bu dogru sayilirmi xahis edrem cavablandirin cox narahatam.
Cavab: 

Və aleykum Salam. Bəli, siz düz etmisiniz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır". (Muslim, 684).

Pages