Oruclu ikən saça rəng qoymaq olarmı və digər suallar
Aleykum salam. Oruclu ikən saça boya qoydurmaq olar. Bilməyərəkdən boğazdan gələn qanı udmaq orucu pozmur.
Aleykum salam. Oruclu ikən saça boya qoydurmaq olar. Bilməyərəkdən boğazdan gələn qanı udmaq orucu pozmur.
Salam aleykum. Qədr gecəsinin dəqiq vaxtı məlum deyil. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) qədr gecəsini Ramazanın son 10 gününün tək gecələrində axtarmağı buyurmuşdur. Daha ətraflı: "Qədr gecəsi" surəsinin izahı
Aleykum salam. Bəli, yanınızda naməhrəmlər yoxdursa, başı açıq otura bilərsiniz.
Aleykum salam. Qədr gecəsi səhərə qədər yatmayıb oyaq qalmaq vacib deyil. İstəsəniz, gecənin bir hissəsini ibadət edib, digər hissəsini yata bilərsiniz. Həmçinin, Quranın Azərbaycanca mənaca tərcüməsini də oxuya bilərsiniz.
Aleykum salam. Qədr gecəsini səhərə kimi oyaq qalmaq məcburi deyil. Bir hissəsini oyaq qalıb, digər hissəsini yata bilərsiniz.
Aleykum salam. Sualı başa düşmədik.
Aleykum salam.
1) Cinsi əlaqədən sonra qüsl ala bilməsəniz sahura durub oruc tuta bilərsiniz. Qüsul olmadan oruc tutmaq olar, amma namaz qılmaq üçün qüsul vacibdir.
Aleykum salam. Qədr gecələrində namaz qılmaq, Allahı zikr etmək, dua etmək, Quran oxumaq və digər əməllər etmək lazımdır. Həmçinin oxuyun: "Qədr gecəsi" surəsinin izahı
Aleykum salam. Bəlğəmi udmaq orucu pozmur. Həmininin dəstəmaz zamanı və ya dişləri fırçalıyan vaxt bilmədən boğaza su gedərsə də orucu pozmur.
Aleykum salam. Qan gəlməsi kəslibsə, demək heyz bitmişdir və inşallah, orucu səhihdir. Əgər növbəti gün durub kiçik qan ləkəsi görübsə və həmin gün daha sonra qan gəlməyibsə, bu adi bir haldır və orucunu tutmaqda davam etməlidir.