oruc

Bütün peyğəmbərlər müsəlman olublarmı və digər suallar

    15.07.2014
Sual: 
Salam aleykum.1.Peyqemberlerin hamisini muselman adlandirmaq olarmi?2.Hz.Isa evli olubmu?bu mene chox maraqlidir.3.Sizin cavabiniz niye QMI ile ziddiyet teshkil edir?QMI bildirib qedr geceleri Ramazan ayinin 19,21,23-cu gecelerinden birindedir,amma siz dediniz axir on gunun tek gecelerindedir.Indi men hansina inanim?
Cavab: 

Aleykum salam. Bəli, bütün peyğəmbərlər müsəlman olublar. Daha ətraflı bu məqaləni oxuyun: İslam - tək haqq dindir!
İsanın (aleyhis-sələm) evli olub-olmaması ilə bağlı səhih məlumat yoxdur.

Heyz olan qadınlar oruc tutmadığı günlərin qəzasını ramazandan sonra tutmalıdırlarmı?

    13.07.2014
Sual: 
Salam.Namaz ve oruclariniz qebul olsun Inwaallah.Qadinlar hayz zamaninda tutmadiqlari oruclarin qezasini bawqa gunlerde tutmalidirlarmi?
Cavab: 

Aleykum salam. Bəli, qadınlar heyz (aybaşı) olduqları müddətdə tutmadıqları günlərin sayı qədər Ramazandan sonra oruc tutmalıdırlar: "(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir.

Dözməyib orucumu açsam, kəffarə düşür, yoxsa qəza?

    12.07.2014
Sual: 
Essalamu alekum . Men vbugun imsaka dura bilmedim .oyandiqimda hecne yemeden oruc tutdum . Lakin seher hecne yemediyim ucun biraz halsizam . Bu halsizdasma artsa orucu pozsam oruca keffare yoxsa qeza dusur
Cavab: 

Aleykum salam. Əvvəla tövsiyə olunur ki, sahura (oruc tutmaq üçün səhər yeməyi) durasınız. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Sahura durun, həqiqətən sahurda sizin üçün bərəkət vardır". (Səhih əl-Buxari).

Məcburən orucu pozduğum üçün 1 gün qəza tutmalıyam, yoxsa 60 gün?

    12.07.2014
Sual: 
Salam..ish heyatimla baqli yuxu problemlerim olduqu ucun seher sahura dura bilmirem ona gore axshamdan yeyrem cox zaman bu da medemde cetinliylere sebeb olur bezen..medemde yanma..boqazimda yanma..urey bulantisi qaytaa hissleri olur ve doze bilmedim orucu pozdum...bilmey isteyirem ki men mecbur oldum pozdum ve bunun qezasi olaraq 1gun ya 60gun oruc tutmaliyam?evvelceden teshekkull ALLAH razi olsun
Cavab: 

Aleykum salam. Bir gün qəza tutursunuz və bununla yanaşı Uca Allahdan bağışlanma diləyib tövbə etməyiniz də lazımdır. Altımış gün qəza yalnız cinsi əlaqə ilə pozulan oruca düşür.

Orucun qəzası və televizora baxmaq haqda

    12.07.2014
Sual: 
Salam aleykum. Men bezi sebeblerden dolayi 2gun oruc tuta bilirem 1 gun ise yox. Yeni fasileli tutmaga mecbur qaliram. Amma in she Allah Ramazandan sonra qezalarmi tamamlayacam. Sualim budu ki qezalarmi tutsam bele,yene de her gunun evezine 1 kasib doyuzdurmaliyam? Eger doyuzdurmaliyamsa o zaman teqribi 1 kasib ucun ne qeder pul edir? Ve bir de eshitmishem ki bele bir hedis var ki gun gelecek evinizde iki buynuzlu sheytan oturacaq. Bele bir hedis dogurdandami var? Hansiki hemin iki buynuzlu sheytan Televizordu. Eger varsa menbesile hemin hedisi yaza bilersinizmi? Allah razi olsun.
Cavab: 

Və aleykum Salam.

Pages