Qusmaq orucu pozurmu?
Aleykum salam. Özbaşına qusmaqla oruc pozulmaz. Ancaq adamın öz istəyi və müdaxiləsiylə meydana gələn qusma, "ağız dolusu" olması halında, orucu pozar.
Aleykum salam. Özbaşına qusmaqla oruc pozulmaz. Ancaq adamın öz istəyi və müdaxiləsiylə meydana gələn qusma, "ağız dolusu" olması halında, orucu pozar.
Aleykum salam. Diş fırçalamaq orucu pozmur. Diş pastasının və ya suyun qəsdən boğaza getməsi halında oruc pozulur. Hər ehtimala qarşı, dişlərin günəş doğmazdan əvvəl və iftardan sonra fırçalanması daha uyğun olardı.
Aleykum salam. Ağız və ya burundan qəsdən su udulmadıqca yuyunmaq və ya qüsl almaq orucu pozmur. Necə ki, Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) Ramazanda günəş doğduqdan sonra qüsl almış olduğunu xəbər vermişlər. (Buxari).
Aleykum salam.
Aleykum salam. Cavabı buradan oxuyun: Qədr gecəsi hansı günə düşür və bu gecənin fəziləti nədir?
Aleykum salam. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) bizə buyurduğu orucu pozan amillər sırasında çimmək və ya başı suya salmaq göstərilməyib. Orucu pozan amillərlə bağlı daha ətraflı Ramazan orucu məqaləsini oxuya bilərsiniz.
Aleykum salam. Bəli, tuta bilərsiniz. Əslində qəza orucları bir Ramazandan digər növbəti Ramazana qədər tutulmalıdır.
Aleykum salam. "Təravih"- istirahət, dincəlmə deməkir. (əl-Mu'cəmul-Vasit səh: 380).
Aleykum salam. Vaxtında sahura (oruc tutmaq üçün səhər yeməyi) qalxıb, imkan daxlində qüvvətli yeməklərdən yeyin. Əgər yenə də səhhətiniz pisləşərsə, onda növbəti Ramazana qədər vaxt baxımından qısa günlər olan aylarda (məsələn, qış aylarında) qəzasını tutun.