Ramazanda yarımçıq qalmış orucu indi tuta bilərəm?
Aleykum salam. Bəli, Ramazan ayında yarımçıq qalan orucu ondan sonrakı Ramazan ayına qədər tuta bilərsiniz. Allah qəbul etsin.
Aleykum salam. Bəli, Ramazan ayında yarımçıq qalan orucu ondan sonrakı Ramazan ayına qədər tuta bilərsiniz. Allah qəbul etsin.
Aleykum salam. Niyyət, məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: "Əməllər ancaq niyyətə görədir. Hər bir insan niyyət etdiyini əldə edir...".
Aleykum salam. Namaz qılıb oruc tutmamaq namazı batil etmir. Əgər siz vacib orucu, yəni Ramazan ayının orucunu nəzərdə tutursunuzsa, aclığa qarşı olan bir narahatlığa görə onu buraxmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Şübhə və tərəddüd şeytandandır".
Aleykum assalam. Uca Allah buyurur: "Müəyyən sayda olan günləri (oruc tutmalısınız). Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar). Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər.
Aleykum assalam. Oruc tutarkən dəstəmaz almaq vacib deyil. Dəstəmaz almağın qaydasını saytın İslam bölməsindəki Namaz məqaləsindən öyrənə bilərsiniz.
Aleykum salam. Oruc tuta bilməyən xəstə və səfərdə olanlar buraxdıqları orucu sonradan tutmalıdırlar. Uca Allah buyurur: "Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır". (əl-Bəqərə, 185).
Aleykuməs-salam. Oruc tutmaq üçün xüsusi dua yoxdur. Namaz qılmayıb oruc tutanın duası qəbul olunur. Ona görə də Allaha dua edin ki, Allah sizi namaz qılmağa müvəffəq etsin.