qadınlar

Qadından gələn ağ axıntı qüslü pozurmu?

    21.02.2024
Sual: 
Salam Aleykum mən qızam hələ ama dünən heç nə olmadan sadəcə yuyunanda ayaqyolundan sonra ağappaq bur çey gəldi ama şəhvətimlə olmadığını düşündüm çünki heçnə erməmişdim olmamışdı. Ama yenədə qüsl aldım . Qüsuk alanda qasıq hissəni təmizlədim . Birdə yapışıb qopan tük təmizləyən ilə onumda yapışqanı biraz orta arxa tərəfdə qaldı. Yenədə qüsl aldım düzgündü bu . Və qadınlarda vədi ifraz oluna bilər ?
Cavab: 

Və aleykum Salam. "Vədi" cinsi əlaqədən sonra gələn mayedir. Ola bilsin sizin gördüyünüz heyzdən sonra qadınlardan gələn ağ mayedir və buna görə qüsl almaq lazım deyil. Həddi-büluğa çatmış qadınlarda heyz müddəti bitdikdən sonra ağ maye gəlir və bu ağ maye heyzdən təmizlənmənin əlaməti sayılır.

Heyzdən əvvəl gələn az miqdarda qan heyzdən sayılırmı?

    19.01.2024
Sual: 
Salam üzürlü sayın sualıma göre ancaq men bilmek isteyirem eyer qadın heyz vaxtından evvel az az qan lekesi görerse heyzli sayılırmı? meselen bu xestelikdir 1 ayda cemi 10 gün pak qala bilirem vaxtından 10 ya 15 gün qabaq bele hallar olur cavablandırsaz sevinerdim
Cavab: 

Və aleykum Salam. Heyzdən əvvəl gələn qanda əgər heyz qanı əlamətləri varsa, o da heyzdən sayılır. Ətraflı oxuyun:

Pages