qadınlar

Gün ərzində bir dəfə və ya bir gün gələn qan heyz sayılırmı?

    11.07.2024
Sual: 
Salam. Sadəcə bir gün və ya bir dəfə görülən qan heyz qanı sayılırmı? Yəni buna görə qüsl almaq lazımdırmı?
Cavab: 

Və aleykum Salam. Əgər gələn qan heyz müddətində olarsa və ya bu qanda heyz qanının əlamətləri olarsa, bir dəfə olsa belə heyz sayılır. Əgər heyz qanının əlamətləri yoxdursa, bu qan heyz sayılmır. Ətraflı oxuyun:

Boşanmış qadın ikinci heyzdən sonra müvəqqəti nikah edə bilərmi?

    09.07.2024
Sual: 
Salam. Men uzun müddetdi yoldaşımdan ayrılmışam ama o meni may ayının 5 i kebinden boşadı. Boşadığı gününün seheri heyz oldüm.artıq 2 heyz görmüşem,bilmek isteyirem men indi müveqqeti nigah ede bilerem ya 1 heyzde gözlemeliyem?
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, dinimizdə müvəqqəti nikah qadağandır. Bu barədə ətraflı oxuyun:

Siğə etmək nə üçün haramdır?


Nə üçün qadın hicab geyinməkdə ərinə itaət etməli, hicabı açmaqda isə itaət etməməlidir?

    08.07.2024
Sual: 
Salam. Dində hər bir qadının ərinə itaət etməsi vacibdir. Qadın ərinin təkidi ilə hicab geyinirsə, bu doğru hərəkətdir. Amma həyat yoldaşı təkid edib qadından hicabı açmağı təkid edirsə qadın itaət göstərməməlidir. Nə böyük təzad. Necə olmalı.
Cavab: 

Və aleykum Salam. Dində hər bir qadının ərinə itaət etməsi vacibdir, lakin bu Allaha asilik olan işlərə aid deyil. Hicab geyinmək Allahın əmri olduğu üçün bu işdə ərə itaət etmək vacibdir. Hicabı açmaq isə Allaha asilik sayılır və Allaha asilikdə məxluqa itaət etmək qadağandır.

Qadınların namaz qılma forması barədə məlumat verə bilərsiz?

    28.05.2024
Sual: 
ƏsSalamun Aleykum, Allah azzə və cəllət sizi xeyir və bərəkət üzrə etsin. Qadınların namaz şəkli barədə bir az məlumat verə bilərsiniz? Nə cür qılınır? ƏsSalamun Aleykum.
Cavab: 

Və aleykum Salam. Qadınlarla kişilərin namaz qılma formaları eynidir və dinimizdə qadın və kişinin qıldığı namaz arasında fərq olduğu bildirilmir. Ətraflı oxuyun:

Qadının saçını hicabın altından toppuz yığmasının qadağan olmasına dəlil nədir?

    18.05.2024
Sual: 
Salam Aleykum. Qadın saçını hicabın altından toppuz yığmamasına delil nədir?
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Cəhənnəm əhlindən iki sinif insan var ki, onları görmürəm: "Əllərində inək quyruqlarına oxşar qamçılar olan bir tayfa. Onlar onunla insanları vururlar.

Namazın vaxtı çıxmamış heyzdən təmizlənən bu namazı qılmalıdırmı?

    03.05.2024
Sual: 
Salam əleykum.Sualıma görə üzr istəyirəm,əgər işa namazının vaxtı girəndən sonra heyz bitsə,qüsl aldıqdan sonra həm məğribi həmdə işanı qılmalıyam? Birdə məsəl üçün, namazın vaxtının girməsinə az qalıb və heyz bitibsə,lakin qüsl alana qədər artıq namazın vaxtı çıxırsa,bu günah yazılır? Bədəndə tüklərin çıxmasının qarşısını almaq icazəlidir?bir yağ varki,onu çəkəndə tüklərin çıxmasını ya birdəfəlik alır,yada uzun müddətlik.bundan istifadə etmək olar? Heyzin müəyyən müddəti var?10 gündən artıq olsa,heyz sayılır?Evin içində pişik saxlamaq olar?Zinanın cəzası kişi və qadın üçün eynidir?
Cavab: 

Və aleykum Salam. 

1) Bu cavabı oxuyun:

Pages