təbabət

Qrip olanda burundan gələn selik dəstəmazı pozurmu?

    21.02.2016
Sual: 
salam eleykum men qrip olanda namazi qilarken burnumda selik gelir ve mende halsizliq olur lakin buna baxmayaraq namazi buraxmiram Allahdan umidimi kesmirem,bes qrip olarsaq namazi qilmaliyiq destmnazda alanda burundan selik gelmesi destnamazi pozur 2 men hicab ortmurem lakin evlendikden sonra ortmek isdiyirem olar? bir de menim dostum mene borc pul verib amma deyib ehtiyac yoxdu qaytarmaga men qaytarmamisam olar gunah deyil ki 3)mektebde hemise pul yigilir ve menim bundan xosum gelmir.,bu haram deyil?
Cavab: 
Və aleykum Slaam. 
1. Namazı heç bir vəchlə tərk etmək olmaz. Xəstə olan namazı oturaraq və ya uzanaraq qıla bilər. Həmçinin, dəstəmaz ala bilməyən təyəmmüm alıb namaz qıla bilər. Daha ətraflı:

Qızdırmalı vaxtda namaz qılmamaq olarmı?

    02.02.2016
Sual: 
Salamu aleykuma,2 gun 39 yarimnan qizdirmam enmirdi yani yatagdan bele qalxa bilmrdim cox tehsufki namazlarimi hec cure qila bilmedim.Bu qeza sayilir yoxsa boyuk gunah?yeniden qezalarin qilmaliyami?
Cavab: 

Və aleykum Salam. Xəstə halda namazı tərk etmək olmaz, Uca Allah bu vəziyyətdə namazı asanlaşdırmışdır. Namazı uzanan yardə də qılmaq olar. İmran ibn Husayn (Allah ondan razı olsun) demişdir: "Mən babasil xəstəliyi­nə tu­tulmuşdum.

Anam cadu olunduğuna görə ağır xəstəliklər tapıb, onu necə müalicə etmək olar?

    31.12.2015
Sual: 
Salam, anama cadu olunub , bunu evde 2 qifil tapannan sonra askar etdik. Belediki 5 ayin icinde anamda xerceng shihsleri tapildi, bas agrisi, ximiyaterapiya olunmalidi, Anama gore cox narahatam, Cadunu nece silmek olar. Onu da qeyd etmek isterdim ki, nenem rus - pravoslav olub, ve anam hem mescid hem kilseye gedirdi, Inandigi varliq ise Allahdi.
Cavab: 
Və aleykum Salam. İlk növbədə ananız tövbə edərək tək haqq din olan İslama qayıtmalı, kilsəyə getməyə, xristianlarla oturub durmağa son qoymalıdır. Daha sonra isə həkimdə müalicə olunmaqla yanaşı, davamlı ruqyə müalicəsi almalıdır. Bu cavabları oxuyun:

Baş əməliyyatından sonra hicab örtmək mümkün deyilsə, bu günahdırmı?

    16.12.2015
Sual: 
Bas emeliyatinnan sonra hicab ortmek mumkun deyil bu gunahdir cezasi cox boyuk olarmi
Cavab: 

Salam aleykum. Əgər həkim zərər ola biləcəyinə görə başın örtülməsini müvəqqəti icazə vermirsə, bunda qəbahət yoxdur. Lakin, xəstəlik daimidirsə, başı örtmək lazımdır. Doğrusunu Allah bilir.

Ruqyə adlanan müalicə varmı?

    22.11.2015
Sual: 
Essalamu Aleykum Va Rahmatullahir Va Barakatuh. Allah rzasi ucun sualimi cavablandirardiz. Men usagligimdan beri xesyelim var bir balaca soyug olan kimi xestelenirdim.ve nefes catismamazligi olurdu boyuduyce daha da artdi ve men derman istifade etmeye basladim nefes acici. Ve baglanmisdim ona.soram bir gun ruqye dediler oxut.ve bidefe ruqye oxuyan tapib oxutdug ve o mene mualiceye basladi.4-5 ay cekdi mualice bu sirada meni evden bayira cixmaga, qohumlara getmeye hec yere qoymadi. Cox eziyyetli kecdi bu gunler.bele mualice novu varmi?
Cavab: 

Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. Bəli, ruqyə adlanan müalicə var, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) və onun səhabələri də ruqyə ilə müalicə etmişlər. Sizin də ruqyə etdirməyinizə və ya özünüzə ruqyə oxumanıza ehtiyac var.

Depressiyadan xilas olmaq üçün nə etmək lazımdır?

    31.10.2015
Sual: 
Salam men tez tez depressiyaya dusurem bu hal meni cox geriye salir nece edim ki depressiya mennen birdefelik yox olsun xahis edirem tez bir zamanda cavablandirasiniz sag olun Allah razi olsun!
Cavab: 
Va aleykumus-Sələm. İnsanın Allaha yaxınlaşması depressiyadan qurtulmaq üçün ən böyük səbəbdir. Bu cavabları oxuyun:
İmanı artırmaq üçün nə etmək lazımdır?

Tərkibində spirt olan dərmandan istifadə etmək olarmı?

    28.10.2015
Sual: 
Salam aleykum.bilmek isterdim.bir derman var mede ucun terkibinde spirt var ondan istifade ede bileremmi.tez sagalmasi ucun o dermani meslehet gorubler.ice bileremmi.2bezi dermanlarinda terkibinde spirt var onlardanda istifade ede bilerikmi?xaiw edirem cavab yazarsiz.
Cavab: 
Və aleykum Salam. Əgər spirt olduğu kimi dərmana qatışdırılıbsa və sərxoşedici təsir göstərirsə, bu halda həmin dərmanı qəbul etmək haramdır və həkimdən başqa dərmanın təyin olunmasını xahiş etmək lazımdır.

Pages