təbabət

Əsəblərim pozulub, amma Quran dinləyəndə rahatlaşıram...

    28.10.2015
Sual: 
Salam aleykum menim beybime ele fikir giribki mende cadu var ama quran oxudanda rahatlasiram qorxmuram ama beynimnende bu fikri cuxara bilmirem hekim deyir stresdendi sizce bu cadu ola bilermi dini cehetden namazlarim yerinde zikrlerim yerinde serbest edirem yada eseb xesteliyi ola bilermi bilmek isteyiirem eseblerim pozulub yoxsa cadudu yenede dogrusunu allah bilir bir meslehet verin xais edirem
Cavab: 

Va aleykumus-Sələm. Bir müddət burada yazılanları edin: Cadudan necə qorunmaq olar?

Başımı yuyanda xəstələndiyim üçün qüsl əvəzinə divarla təyəmmüm edə bilərəmmi?

    04.10.2015
Sual: 
salam.men herdefe cenabet qusul alanda basima mesh cekirem ancaq yumuram.tez tez basimi yuyanda xestelenirem,basim agriyir.mene deyillerki senin quslun sehih deyil.teyemmumle qusl et deyirler.eger divarda kraska,emusiya varsa teyemmum etmek olarmi? xahis edirem sizden sualima tez cavab yazasiniz
Cavab: 

Aleykum salam. Ümumən bu məsələ alimlər arasında ixtilafıdır. Bəzi islam alimləri deyib ki, belə halda bütün bədən yuyulur və yuyula bilməyən yerə isə məsh çəkilir və bu kifayət edir.

Estetik cərrahiyyə əməliyyatı etdirmək olarmı?

    20.09.2015
Sual: 
Esselamun Aleykum ve Rehmetullahi ve Bereketuhu.Men estetik emeliyyat etdirmek isteyirem,estetik emeliyyat cox gunahdirmi?Ama Quranda estetik emeliyyatin gunah oldugu haqda melumat yoxdu,Cunki o vaxtlar estetik emeliyyat olmayib.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bu cavabı oxuyun: Estetik cərrahiyyə əməliyyatı hansı hallarda icazəlidir?

4-cü günlər mələklərin bizim arzularımızı Allaha çatdırması doğrudurmu?

    20.08.2015
Sual: 
Salamu aleyukiyum sizi bu suala bagli narahat edirem xais edirem meni etrafli başa salin men dünyaya gelenen gözümün zeyiflitinden eziyyet çekirem ve bunun üçün her heftenin 4-cü günü Allaha dua edirem ve şefami dileyirem derdimin dermanini ondan isteyirem bele deyirler ki, her heftenin 4-cü günü Allahtəla terefinden göyden yere melekler enir insanlarin arzularni dularini Allahatəlaya çatdirir sizce
Cavab: 

Aleykum salam. Biz də Allahdan sizə şəfa verməsini diləyirik.

Səhv səcdəsindən sonra hansı dualar oxunur və digər suallar

    30.07.2015
Sual: 
Salam 1.sehv səcdəsi etdiyimiz zaman namazın son oturuşunda Ət-təhiyyatu oxunduqdan sonra sağ və sol tərəfə salam verib 2 defe secdeden sonra oturduqda yenə “Ət-təhiyyatu” duasini yenidən oxunmalıdırmı yoxsa Allahummə salli, Allahummə barik və Rabbənə atina duaları oxuyub sonra isə sağa və sola salam verilir.2 namzın sonunda amenerrasülü 285-286 süresini oxumaq olar. Oruc tutduğumda ozümü pis hiss edirəm qanim asaği olduğu üçün bu cür tutmaq olar
Cavab: 

Aleykum salam.
1. Səhv səcdəsindən sonra qeyd etdiyiniz duaların heç biri oxunmur. Daha ətraflı:
Camaat namazında səhv səcdəsi necə edilir?

Övladın xəstə doğulması yuxuda deyilən adı qoymamaqla əlaqəli ola bilərmi?

    04.07.2015
Sual: 
Salam menim ovladim dunyaya qelmezden evvel mene yuxuda ad verildi. Amma qaynanam qil qoymadilar o adi. Qunah sayilirmi bu? Ovladimiz saglamliginda biraz az problemi var.ve buna qore men hemise qaynanami qunahkar sayiram.dusunuremki yuxuda verilen ad qoyulsaydi belkede balam saglam olardi. Axi balamin bir qunahi yoxdu sadece adi qoymadilar.
Cavab: 

Aleykum salam. Allaha dua edirik ki, övladınız sağlam və saleh olsun. Şəriətdə yuxularla hərəkət etmək, onları mütləq yozmaq və onlardan nəticə çıxarmaq vacib buyurulmayıb. Həmçinin yuxuda sizə deyilən adı uşağa qoymaq da vacib deyil.

Xəstəliyə görə namazı tərk etmişdim, indi başlaya bilmirəm...

    04.07.2015
Sual: 
Salam sualimi cavablandirsaniz cox sevinerem Men namaz qilirdim indi hamileliyin 4cu ayindayam hamilelik vaxti cox agridim xestexanaya dusdum ona göre nece vaxti namaz qilmiram Amma özümü cox günahkar hiss edirem indi yene namazimi qilmaq isteyirem amma ele bil şeytan qoymur ne olar ele bir dua varmi men oxuyum şeytani özümden uzaqlasdirim Buna göre cox depressiyaya düşürəm Gece yatanda deyirem özümeki seher sübh namazina qalxacam seher ele bil şeytan qoymur meni sizden sebrsizlikle cavab gözleyirem
Cavab: 

Aleykum salam. Heç bir səbəbə görə namazı tərk etmək olmaz, bu ən böyük günahlardandır. Xəstə vaxtı necə namaz qılmaq barədə daha ətraflı bu linkdən oxuyun:
Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

Cinsi həvəsi artıran preparatlardan istifadə etmək olarmı?

    26.06.2015
Sual: 
Salam.uzur istirem sualima gore .indiki zemaneda cinsi hevesi artiran pereparatlar vardir ve erle arvadin bu derman pereparatlarindan istifade etmesi gunahdirmi?
Cavab: 

Aleykum salam. Sağlamlığa zərər verməmək şərtilə ər-arvad cütlüyü cinsi həvəsi artıran vasitələrdən istifadə edə bilərlər. Təbii vasitələr daha zərərsizdir. Bu vasitər barədə həm İslam alimləri, həm də tibb alimləri ətraflı məlumatlar vermişlər.

Pages