təbabət

Hamiləlikdə uşaq düşməsinə qarşı Qurandan hansı surəni oxumaq olar?

    18.10.2014
Sual: 
salam sizden cox xaisim var sualimi tez cavablandirin cox vacibdi sualima gorede coxlu coxlu uzr istiyirem menim bir tanisim var hamiledi ama korpesi acilmaq uzredir hansi sureni oxumaq olarki anaya korpeyede tesir etsin ve yaxuda hansisa sureni yazib ustunde gezdirmey olar xais edirem tez cavablandirin
Cavab: 

Aleykum salam. Əvvəlcə həkimlər uşağın düşməsinin yoxsa qalmasının hansının daha xeyirli olmasına qərar verməlidirlər. Əgər səbəbini göstərərək uşağın düşməsinin daha xeyirli olmasını desələr, bu zaman heç nə etmək lazım deyil.

Qadının səhhətində narahatçılıq yaranarsa, 6-7 həftəlik hamiləliyi abort etdirmək olarmı?

    08.10.2014
Sual: 
Salam eqer qadinin sehetinde narahatciliq varsa (eseb qerqinliyi, qadin xestelikleri ve onurga sutununda: osteoxondroz,skolioz ve rotasiya) ve istenilmeyen hamilelik bash veribse, bu halda 6-7 heftelik hamilelik abort etmek olarmi qunah sayilirmi?
Cavab: 

Aleykum salam. Əgər qadının uşağı dünyaya gətirməsi onun sağlamlığı üçün ciddi təhlükə yaradarsa, abort etməyə icazə verilir. Bunu isə həkimlər təsdiq etməlidir. Digər hallarda isə hamiləliyin neçənci həftədə olmasından asılı olmayaraq abort etmək haramdır.

İştaham zəifləyib, tənbəlləşmişəm və ailə qurmaq istəmirəm. Bu tilsim ola bilərmi?

    08.10.2014
Sual: 
Salam Cox xaiş edirem mene kömək edin.men 1 həftə halsızam. iştah I'm zəifləyib.aile qurmaq istəmirəm. Amma sevdiyim insandanda ayrilmaq istemirem . tənbəl olmuşam. passiv həyat. bu tilsimdendi. ?
Cavab: 

Aleykum salam. Tənbəllikdən Allaha sığınmaq lazımdır. Amr ibn Şueyb atasından, o da babasından (Allah onların hamısından razı olsun) peyğəm­bə­rin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: "Allahım! Tənbəllikdən və borclu olmaqdan Sənə sığınıram!

Uşağı çöpçüyə aparmaq günah sayılırmı?

    22.09.2014
Sual: 
salam aleykum.menim sualim çöpçü haqqindadir.bezen olurki az yaşli uşaqlarda narahatçiliq olur ve diyillerki burnunda ve ya bogazinda nese qalib.uşaği çöp çixardan şexsin yanina aparillar. O da uşagin burnuna üfürur ve usagin agzinan qida yigintilari gelir.bilmek isderdim buda goruculuk ve ya baxciliq kimi haramdir yoxsa icazelidir.??? Meselen men aparsam gunah qazanmiw oluram?
Cavab: 

Və aleykum salam. Bu cavabı oxuyun: Çöpçüyə getmək olarmı?

Ziyilin sağalması üçün üstünə ət sürtüb basdırmaq olarmı?

    11.09.2014
Sual: 
Salam, elimde ziyil cixib . Anam deyir et surtub basdir gedecek in sa Allah. Amma men qorxuram ki bu wirk olar. Xaiw edirem bu haqda bir wey deyesiz.
Cavab: 

Aleykum salam. Şirk bu halda olur ki, şəfa verənin Allah yox, istifadə etdiyiniz dərmanın olduğuna inanasınız. Amma həmin dərmanın Allahın izni ilə yaranı sağaltmasına inanmaqda heç bir günah yoxdur.

Qadının kişi həkimin yanına getməsi düzgündürmü?

    08.09.2014
Sual: 
Salam aleykum.Men xesteyem.Allergik astmadan mualice aliram.Amma kishi hekim meni yoxladi.Ozum namaz qilanam.Bu gunahdirmi?Bes eger qadin hicablidirsa,onda nece?Hekim menim koyneyimi qaldirib nefes almami yoxladi.Men bununla gunaha batmaqdan qorxuram.Tanidiqimiz yaxshi qadin hekim yox idi,bu hekimin yaxshi olduqunu soylediler.Xahish edirem tez cavablandirardiz,chox narahatam.
Cavab: 

Aleykum salam. Qadın həkimlər ola-ola qadının kişi həkim yanına getməsinə icazə verilmir. Sizin xəstəliyiniz müalicəsi ilə məşğul olan qadın həkim tapmaq elə də çətin deyil.  Sadəcə soraqlaşıb axtarmaq lazımdır. Zəruri hallarda qadının kişi həkimlərə müraciət etməsinə icazə verilir.

Heyz halında cənabət qüslu almaq olarmı?

    27.08.2014
Sual: 
Salamun aleykum heyz halindayken cenabet quslu almag olar ve cunub halindayken dini kitablar ve sureler oxumag, dua etmek olar?
Cavab: 

Aleykum salam. Əgər ehtiyac varsa, almaq olar. Həmçinin şəriət qayda-qanunlarına görə hər ikisinə görə də bir qüsl almaq kifayətdir. Hər iki hal üçün qüslun alınma qaydası da eynidir. Boynunuzda qüsul varsa, ərəbcə Qurani Kərimdən başqa istədiyiniz dini kitabları oxuya bilərsiniz.

Xəstəliklərdən irəli gələn ağrı-acılar günahları təmizləyirmi?

    25.08.2014
Sual: 
salam aleykunm. esitmisem ki xestelik , agri insanin gunahini temizleyir.. bi her agriya aiddir? meselem qadinlarin xususi gunlerinde agrilar olur . yada usaq olarken bunlarda aiddir?
Cavab: 

Aleykum salam. Hər bir narahatlıq, yorğunluq, kədər, ağrı müsəlmanın günahlarını yuyur, hətta bir tikanın batması belə.
Bu məqaləni oxuyun: Səbir edənlərə müjdə ver!

Dəstəmazın tez-tez pozulmasına görə namazı tərk etmək və digər suallar

    21.08.2014
Sual: 
Salam men 7 ay namaz qildim.Bu il bawlamiwdim.Lakin son zamanlar nese hevessizlewmeye bawladim.Hemde bagirsagimda problemim var idi deye tez tez destemazim pozulurdu mende esebilewirdim.3Defe bele gedib destemaz aldigim gunler olurdu.Ama yenede namaz yarim yamalaq qalirdi.Bele weyler olduqca mende esebilewmeye bawladim.Hemde cox qezam yigildi.Qezalarimin hansi birinden bawlayacagimi bilmez hala qaldim.Ozude qeza namazlarimi yazirdim.O gunlerde goturdum attim o vereqleride.Ondan bir bew gun qabaqda namazi atdim.Cunki hemde indi yaydir hicab baglayib ortunub namaz qilanda cox isti olur kondision
Cavab: 
Aleykum salam. Bu cavabları oxuyun:

Pages