təbabət

Sidiklə müalicə olunmaq olarmı?

    21.08.2014
Sual: 
Salam aleykum.Uzr isteyirem sualima gore.Sidikden mualice vasitesi kimi istifade etmek olarmi?mes.yaraya surtmek,birde xalam mene sidik ichmekle bronxlarinin temizleneceyini demishdi.Bu gunahdir?
Cavab: 

Və aleykum Salam. Ümumən sidik nəcis olduğu üçün onunla müalicə olunmaq olmaz. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurub: "Həqiqətən, Allah sizin şəfanızı haramlarda qərar verməyib". (əl-Buxari, 5614).

Səfərdə namazı qısaltmaq və xəstəlik səbəbi ilə namazı buraxmaq barədə

    18.08.2014
Sual: 
Salam aleykum.Men kendde 14 gun qaldim,musafir namazi qilmisham hemin muddetde.Bu duzgundurmu?Xeste olduqum muddetde bir neche defe namazi buraxmisham,indi chox peshmanam,ne ede bilerem?indi de xesteyem,men tez-tez tengnefes oluram,xroniki bronxit xesteliyim var.Namazi gecikdirirem buna gore.Gunag ediremmi men?
Cavab: 

Aleykum salam. Səfərdə olduğunuz müddət ərzində səfər namazı qılmağınız doğrudur. Xəstəlik səbəbi ilə namazı buraxmaq isə olmaz. Tövbə edib yenidən namaza başlayın.

Namazı xəstəlik səbəbindən tərk etdiyim üçün günah qazanırammı?

    12.08.2014
Sual: 
Salam,mən namaza təzə başlamışdım ama məndə xəstəlik səbəbindən(qan azlığından) namazda səcdəyə əyilən vaxt huşumu itirdiyim üçün namazı tez yarıda buraxıram.Və namazı hələlik ümumiyyətlə buraxıb müalicə alıram .Bunun günahı varmı?
Cavab: 

Aleykum salam. Heç bir halda namazı buraxmaq olmaz. Uca Allah xəstə üçün namazı asanlaşdırmışdır. Xəstəlik və ya soyuq hava şəraiti olduqda dəstəmazın əvəzinə təyəmmüm almaq olar. Xəstəlik səbəbi ilə ayaq üstə qıla bilmədikdə oturaraq, otura bilmədikdə isə uzanaraq namaz qılın.

Şəhvət hissindən qurtulmaq üçün tibbi müalicə almaq olarmı?

    08.08.2014
Sual: 
Salam mən şəhvət hissindən qurtula bilmirəm.Nəfsimə tabe olub istimna edirəm və bu məndə alışqanlıq halına gəlib,buraxa bilmirəm.Bunun üçün müalicə almaq doğrudur?
Cavab: 

Aleykum salam. İstimna etmək söylədiyiniz problemi həll etmir, əksinə şəhvət hissinin oyanmasına gətirib çıxardır. İlk növbədə bu problemin çarəsi evlənməkdir. Əgər evlənmək imkanı yoxdursa, əlacı oruc tutmaqdır.

Abort etmək olarmı və bəzi insanlar Ömər ibn Xattab haqqında niyə pis fikirdədirlər?

    06.08.2014
Sual: 
salam aleykum.menim size 2 sualim olacaq.ikisini de cavablandirsaz cox sevinerem. menim 1 tanisim hamiledi ve usagi aldirmaq isteyir.men ona bunun gunah oldugunu soylediyimde 4 hefteye qeder aldirmaq gunah deyil dedi.bu dogrudur mu? birde bezi insanlar Hz.Omer haqqinda niye pis fikirdediler ? menim bildiyim qeder o pis insan olmayib hetda dunyadayken cennetle mujdelenen 10 neferden biri olub.suallarimi cavablandirsaz cox sevinerem. evvelceden ALLAH razi olsun.Allaha emanet olun
Cavab: 

Aleykum salam. Əgər qadın uşağı dünyaya gətirə bilməzsə və onun sağlamlığı üçün təhlükə yaranarsa, abort etməyə icazə verilir. Digər vaxtlarda isə heç bir halda abort etməyə icazə verilmir.

Cənabət və ya heyz zamanı qüsl almağa imkan olmadıqda necə paklana bilərəm?

    04.08.2014
Sual: 
salam.cimmeye weraitim olmur cenabet ve heyiz qusulum olur namazi qilla bilmirem ne edim ki temiz olum evvelceden twk..
Cavab: 

Aleykum salam. Belə hallarda, su tapmadıqda və ya imkan olmadıqda torpaq ilə təyəmmüm edə bilərsiniz. Su tapılana, imkan olana və ya mövcud problem aradan qalxana qədər təyəmmüm etmək qüslu əvəz edir. Daha ətarflı:

Heyzdən azad olmağıma əmin deyiləmsə, namazları qəza etməliyəmmi?

    04.08.2014
Sual: 
Salam.eger heyzden azad olduguma emin deyilemse namazimi qeza etmeliyemmi,yoxsa heyzli gunlerde oldugu kimi qezasi olmur?
Cavab: 

Aleykum salam. Əgər heyzdən azad olmağınıza əmin deyilsinizsə, əmin olduqdan sonra təmizlənin sonra da namazlarınızı qılmağa davam edin. Əmin olmadığınız günlər də heyzli günlərə nisbət olunur, yəni qəzası qılınmır.

Mənim qulağıma bir və ya iki saatdan bir azan səsi gəlir, bu nə deməkdir?

    03.08.2014
Sual: 
evala sizderden uzur istiyirem men birdefede sual vermisdim amma salam vermeyi unutmusdum salam sualma geldikde men ozumu taniyandan namaz qiliram amma menim 1 2 saatdan qulagima azan sesi gelir bilmirem nede yatandada gelir yuxudan ayilram bu meni son zamanlar narahat eleyir sualima cavab cox yerlerde aramisa kitab qalmayib oxumusam sizdende meslehet fikir bilmek isteyirem bu ne demekidir sualima cavab yaszas cox sevinerem ve de buna ehdiyacim var qulaga 1 2 saatdan azan sesi gelmek ne demekdir?
Cavab: 

Aleykum salam. Azan səsi gözəl bir səs olsa da, hər bir halda bunun öz-özünə baş verməsi normal bir hal deyildir. Sizə Quran surələrinin audio yazılarını dinləməyi və bu hala əhəmiyyət verməməyi məsləhət görürük. 

Pages